SİYASƏT

10 MİN TERRORÇU, YÜZLƏRLƏ TEXNİKA… – BAKI “BOZ ZONA”NI DAĞIDACAQ/DETALLAR AÇIQLANDI

post-img

Ötən gün diplomatik korpus üçün keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Xarici İşlər nazirinin müavini Qarabağda ermənilərin hərbi texnikasının sayını və canlı qüvvəsini açıqladılar. Məlum oldu ki, sayca 10 min erməni hərbi qulluqçusu Qarabağ ərazisində qanunsuz xidmət keçir. Onların istifadəsində zirehli texnika, artilleriya və s. hərbi imkanlar var. Rəsmi Bakı bütün silahlı birləşmələrin və hərbi texnikanın çıxarılmasının vacibliyini bəyan etdi.

Paytaxt.org xəbər verir ki, TİA.az-a danışan hüquq müdafiəçisi Xəzər Teyyublu hesab edir ki, antiterror əməliyyatının anonsu verilmiş sayıla bilər. Onun sözlərinə görə, brifinqdə dövlət rəsmiləri xəbərdarlıq etmiş oldular. Hüquq müdafiəçisi hesab edir ki, bununla Ermənistan və separatçı qurum nəticə çıxarmalıdır: “Artıq silahlı güclərin sayı və Hərbi texnikanın nədən ibarət olduğu bilindi. Peykdən və müasir izləyici qurğularla ermənilərin döyüş postlarını görməkdəyik. Onların hansı silaha malik olduğu Ordumuza məlumdur. Ona görə bu hərbi birləşmələri zərərsizləşdirmək çətin olmayacaq. Sadəcə, brifinqdə bəyan edilməklə mesaj verildi ki, ölmək istəmirlərsə, silahı yerə qoyub çıxsınlar. Məncə, bu son ultimatumdur”.

Oxşar xəbərlər