Siyasət

Türkiyə Xarici İşlər Nazirliyi İsrail hökuməti ilə bağlı bəyanat yaydı

post-img

İsrail hökumətinin 1915-ci il hadisələrini "soyqırım" kimi tanıması Türkiyənin kəskin etirazına səbəb olub.

Paytaxt.oeg xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi İsrail hökumətinin 1915-ci il hadisələrini yekdilliklə "soyqırım" kimi tanıması barədə qərarını qətiyyətlə pisləyib.

Nazirliyin bəyanatında bildirilib ki, İsrail hökuməti 1915-ci il hadisələri ilə bağlı siyasi qərar qəbul etməklə öz cinayətlərini gizlətməyə çalışır. Qeyd olunub ki, bu qərar siyasi xarakter daşıyır və tarixi, eləcə də hüquqi faktları nəzərə almır.

Bəyanatda vurğulanıb ki, Qəzzada törədilən qırğınlara görə soyqırımında ittiham olunan Təl-Əviv administrasiyası diqqəti yayındırmağa çalışır və bu addım Netanyahu hökumətinin acizliyini ortaya qoyur.

"Türkiyə Netanyahu hökumətinin qanun qarşısında cavab verməsi istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirəcək", – deyə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Musavat.com

Oxşar xəbərlər