SİYASƏT

TƏCİLİ: İrəvan “Qarabağ erməniləri” üzərində Bakıya qarşı qurulan PLAN - status oyunu

post-img

Ermənistan hakimiyyəti Qarabağdan qayıdan ermənilərə vətəndaşlıq yox, “müvəqqəti müdafiə” statusu verdi. Bu, “qaçqın statusu”na bərabər hesab olunur, hərçənd, niyə “müvəqqəti müdafiə” olaraq qeyd olunması maraqlıdır.
Beynəlxalq hüquq üzrə erməni ekspert Ara Qazaryan Ermənistan hakimiyyətinin planlarını açıb.

Qazaryan bildirib ki, Qarabağdan gələn ermənilərin Ermənistan vətəndaşlığı varsa, onlar üçün hansı “müvəqqəti müdafiə”dən söhbət gedə biləcəyi bəlli deyil.

“Ermənistan hökumətinin qərarı çaşdırıcıdır. İndiki halda onlara belə statusun verilməsinin nə mənası var və niyə müvəqqəti? Ola bilsin ki, hələ də Ermənistan vətəndaşlığı olmayan ermənilərin buna ehtiyacı var. Görünür, söhbət hansısa sosial proqramlardan gedir. Beynəlxalq hüquqda isə “sığınacaq axtaran şəxs” və “qaçqın” terminindən daha çox istifadə olunur. Qaçqın statusu geri qayıtmamaq prinsipini nəzərdə tutur. Bu, beynəlxalq hüququn məcburi normasıdır. Vətəndaşlığı olmayan şəxs isə sığınacaq üçün müraciət edir. Əgər əsasları varsa, dövlət qaçqın statusu verir, geri qaytarılmır. “Müvəqqəti müdafiə” statusu “qaçqın sttusu” ilə ziddiyyət təşkil etmir və ermənilərin beynəlxalq orqanlara müraciət imkanlarını məhdudlaşdırmır. Saxlanma nöqteyi-nəzərindən bu insanlar “məcburi köçkün”dürlər, geri qayıtmaq istəmirlər, yəni klassik mənada qaçqındırlar. Lakin onların Ermənistan vətəndaşlığı olarsa, qayıdış prosesi avtomotik sıradan çıxır, çünki Ermənistan dövləti onları himayəsinə götürür. “Müvəqqəti müdafiə” statusu buna görə lazım ola bilər”, - Qazaryan qeyd edib.

Ermənistanın “müvəqqəti müdafiə” planının hədəflərindən biri də Avropadanm daha çox pul əldə etməkdir. “Müvəqqəti müdafiə” termini Ermənistan qanunvericiliyində ilk dəfə 2008-ci ildə “qaçqınlar və sığınacaq haqqında” qanunda ortaya çıxıb. Qanunvericiliyə görə, yalnız Ermənistanla qonşu dövlətlərin ərazisindən xarici vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin kütləvi axını zananı “müvəqqəti müdafiə” statusu işə düşür. Bu qərar absurd görünür. Çünki Qarabağ Azərbaycan ərazisidir və orada yaşayan ermənilər öz ölkələrinə - Ermənistana qayıdıb. Digər tərəfdən, Ermənistan mediası “müvəqqəti müdafiə” statusunun hüquqi və siyasi baxımdan anlaşılmaz olduğuna diqqət çəkir.

“Sputnik Armenia” yazır ki, qanunu analiz etdikdə belə çıxır ki, “Dağlıq Qarabağ” “Ermənistana bitişik dövlətin ərazisi” kimi, “Qarabağ erməniləri”, o cümlədən, Ermənistan pasportu olanlar isə “xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxs” kimi tanınır.

Göründüyü kimi, rəsmi İrəvan hər şeyi bir-birinə qarışdırıb, həm beynəlxalq hüququ pozur, həm də bu addımını öz qanunlarına uyğunlaşıra bilmir.

“Müvəqqəti müdafiə” termini beynəlxalq hüquqda keçmiş Yuqoslaviyadakı müharibələrdən sonra məcburi köçkünlərin kütləvi axını zamanı Avropa İttifaqının Direktivinin (qanunvericilik aktının növü) qəbulu ilə yaranıb. Direktivə görə Aİ-yə üzv ölkələr məcburi köçkünlərin mühafizəsini dəstəkləyirlər. Lakin Direktiv ilk dəfə 2022-ci ilin martında – ukraynalı qaçqınların Aİ-yə axını zamanı işə salınıb. Ermənistan hakimiyyəti də Qarabağdan gedən ermənilərlə bağlı “müvəqqəti müdafiə” statusunu işə salmaqla Aİ-dən ukraynalı qaçqınlara verilən dəstəyin onlara da verilməsinə nail olmağa çalışır. Bununla yanaşı, əsas siyasi məqsədlərdən biri Azərbaycana qarşı iddiaların davam etdirilməsi və “müvəqqəti status” üzərindən bu iddialarına xaricdən də dəstəyin verilməsinə nail olmaqdır.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində ekspert Elçin Alıoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.



Oxşar xəbərlər