Homepage / Müsavat qurultay çağırdı: İsa Qəmbər başqanlığa qayıdır? (İDDİA)

Müsavat qurultay çağırdı: İsa Qəmbər başqanlığa qayıdır? (İDDİA)

Müsavat Partiyası qurultayla bağlı hazırlıqlarını başa çatdırıb.

Musavat.com Qaynarinfo-ya xəbər verir ki, partiya nəzərdə tutulan qurultayını may ayının 4-ə təyin edib.

Bununla bağlı Musavat Məclisi aprelin 30-da qərargahda iclas keçirib. İclasda çıxış edən Məclis sədri Nüşabə Sadıqlı Musavat Partiyasının sabiq rəhbəri İsa Qəmbərin yenidən başqanlığa namizəd olması təklifi ilə çıxış edib.

Çıxış edən divan üzvləri Məclis sədrinin təklifini dəstəklədiyini vurğulayıblar. Bundan əlavə, qurultayla bağlı partiyanın rayon təşkilatlarında keçirilən ümumi yığıncaqlarında da İsa Qəmbərin yenidən namizədliyini irəli sürməsi ilə bağlı çox saylı üzvlərdən müraciətlər daxil olduğu diqqətə çatdırılıb.

İsa Qəmbər isə bu etimada görə partiya üzvlərinə təşəkkür edib və təklifləri nəzərdən keçirəcəyini, düşünəcəyini və yaxın günlərdə qərarını açıqlayacağını bildirib.

2-04-2024, 13:34
Go back