Homepage / Obrayen Azərbaycana gəlir

Obrayen Azərbaycana gəlir

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen iyunun 27-29-da Azərbaycana səfər edəcək.

Axar.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Obrayen Prezident İlham Əliyev ilə görüşəcək:

"Obrayen Bakıda ikitərəfli münasibətlərdə irəliləyiş və ABŞ-ın Azərbaycan-Ermənistan arasında sülh sazişinə dəstəyini bildirəcək. O, Prezident İlham Əliyevlə yanaşı, xarici işlər naziri Ceyhun Bayramov da daxil olmaqla, Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmilərlə görüşəcək”.

26-06-2024, 19:39
Go back