Homepage / Maskalılar müxalifət qərargahına BAŞQIN ETDİ: seçki məntəqələrində qırğın - Paşinyan seçkini.../FOTO

Maskalılar müxalifət qərargahına BAŞQIN ETDİ: seçki məntəqələrində qırğın - Paşinyan seçkini.../FOTO

Ermənistanda keçirilən parlament seçkiləri günü Gümrü şəhərində fəaliyyət göstərən rusiyayönümlü namizəd Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" blokunun qərargahına maskalı şəxslər basqın edib.

Paytaxt.org xəbər verir ki, bu barədə alyansın rəsmi nümayəndəsi Qohar Meloyan bəyanat yayıb.

Meloyanın sözlərinə görə, naməlum maskalı qrup ofisə daxil olaraq içəridə olan bütün partiya fəallarını və əməkdaşları saxlayıb.

Məlum olduğu kimi, bu gün, iyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri keçirilib. Seçkilərdə baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş Müqaviləsi" partiyası, Robert Köçəryanın rəhbərlik etdiyi müxalif "Ermənistan" bloku və Narek Karapetyanın (Samvel Karapetyan) lideri olduğu "Güclü Ermənistan" bloku da daxil olmaqla, ümumilikdə 18 siyasi qüvvə (16 partiya və 2 partiya bloku) mübarizə aparır. MSK-nın məlumatına görə, ölkədə təxminən 2,5 milyon vətəndaşın səsvermə hüququ var.


Ermənistanda keçirilən parlament seçkiləri zamanı seçki məntəqələrinin birində qalmaqallı insident baş verib.

Hadisə “Vətəndaş Müqaviləsi” Partiyası ilə “Güclü Ermənistan” Partiyasının nümayəndələri arasında yaşanıb.

Məlumata görə, tərəflər arasında yaranan mübahisə qısa müddətdə davaya çevrilib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.


Ermənistanda parlament seçkiləri ilə bağlı ilk exit-poll nəticələri açıqlanıb.

Civic News-un yaydığı məlumata görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 56,7 faiz səslə seçkidə liderlik edir.

Exit-poll nəticələrinə əsasən, rusiyalı erməni biznesmen Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Partiyası isə 17,5 faiz səs toplayaraq ikinci yerdə qərarlaşıb.

Paytaxt.org

Dünən, 21:08
Go back