Homepage / Ərdoğan: 15 iyul gecəsi Türkiyə xalqının göstərdiyi cəsarətin demokratiya tarixində bənzəri yoxdur

Ərdoğan: 15 iyul gecəsi Türkiyə xalqının göstərdiyi cəsarətin demokratiya tarixində bənzəri yoxdur

Türkiyə xalqının 15 iyul gecəsi meydana qoyduğu uzaqgörənlik, cəsarət və fərasətin, şübhəsiz ki, dünya demokratiya tarixində bənzəri yoxdur.

Paytaxt.org-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2016-cı il 15 iyul dövlət çevirilişinə cəhdlə bağlı yazdığı məqalədə qeyd olunub.

Dövlət başçısı məqaləsində FETÖ-nün törətdiyi çevriliş cəhdinin adi bir hərbi çevriliş təşəbbüsündən də o yana keçərək ölkənin müstəqilliyini təhdid edən bir işğal cəhdi olduğunu bildirib:

"Ölkəsinin müstəqilliyi, demokratik nailiyyətləri və azad iradəsini qorumaq məqsədilə canı bahasına dirəniş göstərən xalqımız qiyamçıları yerinə oturdu və nəsildən-nəslə qürurla danışılacaq bir milli iradə dastanına imza atdı".

Ərdoğan Türkiyə dövlətinin bütün qurumlarında siyasi olmayan vasitələrlə demokratik fəaliyyətə zərər verə biləcək hər hansı bir yeri təhdid mənbəyi olmaqdan çıxaracaq struktur islahatlarının təcili həyata keçirildiyini də söyləyib:

"Nəhayət, öz birlik və bərabərlik tariximizdə yeni bir səhifə olan "Terrorsuz Türkiyə" prosesinə başladıq. "Türkiyə əsri" yolumuzun əsas mərhələlərindən biri olan bu proses əhatəli və birləşdirici yanaşma, müvafiq təhlükəsizlik qurumlarımızın səyləri və siyasi qurumların dəstəyi ilə məqsədinə doğru və əmin addımlarla irəliləyir. İnanıram ki, "Terrorsuz Türkiyə" prosesinin uğuru ölkəmizlə yanaşı, bölgəmizin də sabitliyinə töhfə verəcək".

Türkiyə lideri yekunda beynəlxalq əməkdaşlığın mühüm şərtlərindən olan terrorla mübarizənin ölkəsinin xarici siyasət gündəliyinin yuxarı sıralarında yer almağa davam etdiyini də ifadə edib.

Bu gün, 10:55
Go back