Homepage / “Xırdalan kruqu”nda yerləşən "DARVAZA" HOTEL... - İcəridə NƏLƏR BAŞ VERİR?

“Xırdalan kruqu”nda yerləşən "DARVAZA" HOTEL... - İcəridə NƏLƏR BAŞ VERİR?

Artıq xeyli müddətdir ki, respublikamızın müxtəlif ərazilərində fəaliyyət göstərən əxlaqsızlıq ünvanlarında yaşanan, amma həllini tapmayan problemlər bu gün də hər kəsi düşündürməkdədir. Ərazisinin Binəqədi rayonuna, yoxsa Abşeron rayonuna məxsus olması bu gün də mübahisələrə səbəb olan, həmçinin hər kəsin “Darvaza” adı ilə tanıdığı əxlaqsızlıq ünvanı, hal-hazırda əxlaqi dəyərlərimizin, mənəvi göstəricilərimizin bir çoxunun tapdaqlar altına atıldığı ünvanlardandır. Müzakirə olunası hal odur ki, adı çəkilən obyektin bu yöndə fəaliyyət göstərməsi, uzun illərdir ki, əksəriyyəti narahat edən məsələlərdəndir. Çünki, bu obyekt hər iki rayonun ərazisinin kəsişdiyi yerdə yerləşdiyindən, əksəriyyət bilmir ki, “Darvaza” adı ilə məşhurlaşan bu əxlaqsızlıq ünvanı hansı rayonun ərazisinə aiddir. Hələ ötən illərin birində Azerinfo.az saytında “Darvaza” adı ilə tanınan bu obyektdə yaşananlardan və çoxsaylı sakinlərin narahatçılıqlarından bəhs etmişdik. Hətta, yazıb onu da qeyd etmişdik ki, adı çəkilən obyekt birmərtəbəli olmasına baxmayaraq, bu obyektin çoxsaylı otaqlarrında minbir hoqqalara qol qoyulur. Buna da səbəb, həmin ünvanda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına yaradılan şəraitin varlığıdır.

“Darvaza”nın fəaliyyəti ilə bağlı məlumatları Paytaxt.org-a çatdıran şəxslər bildirirlər ki, digər əxlaqsızlıq ünvanlarından fərqli olaraq adı çəkilən bu ünvanda hər müştərinin hüzurunda sərasər dayanmaq üçün “xanım”lar olmur. Yəni, həmin ünvanı sayıb-seçən müştəri “xanım”ı özü ilə kənardan gətirir və bunun üçün də, adı çəkilən obyektdə “münbir şərait” var. Ötən illərin birində dərc etdiyimiz açıqlamada yazıb qeyd etmişdik ki, bu obyekt “Darvaza” adı ilə daha çox məşhurlaşıb. Bu obyektin belə bir ad altında tanınmasına əsas səbəb, obyektin giriş hissəsində böyük dəmir “darvaza”nın olmasıdır. Onu da bildirək ki, bu obyektin giriş “darvaza”sı günün axşam saatlarına qədər məqsədli şəkildə bağlı saxlanılır. Elə ki, həmin ünvana müştəri “xanım”ı ilə üz tutur, o zaman “Darvaza”nın “darvaza”ları taybatay açılır və çox keçmir ki, Rasim “bəy”in rəhbərlik etdiyi obyektdə çalışanlar, müştərilərə fərqli qiymətləri olan otaqlar təklif edirlər. Çünki, obyektə yaxın ərazidə yaşayan şəxslərin redaksiyaya verdiyi məlumatlarda qeyd olunur ki, “Darvaza”dakı otaqlar qiymət göstəricisinə görə bir-birindən fərqlidir. Məsələn, hər otqda qadınların cinsi istismara məruz qalmaları üçün lazımi şərait yaradılsa da, bəzi təminolunmalarına görə otaqlar bir-birindən fərqlidir.

Onu da unutmaq olmaz ki, bu obyekt çoxsaylı sakinlərin yaşadıqları ərazidə yerləşir. Məhz, belə bir səbəbdən də, hələ ötən illərin birində  saytımızda tənqidi açıqlama dərc etdikdən sonra, ətraf ərazidə yaşayan sakinlər redaksiyamıza zəng etdilər və obyektin qanunsuzluğa söykənən fəaliyyəti ilə bağlı haqlı narazılıqlarını da ifadə etdilər. Çünki, vaxtilə redaksiyamızla əlaqə saxlayan sakinlər bildirirdilər ki, “Binəqədi və Abşeron rayonu ərazilərində çoxlu sayda əxlaqsızlıq ünvanları var və fəaliyyət imkanlarına görə, həmin ünvanlar bir-birindən fərqlənirlər. Bu cür obyektlər sırasında daha çox məşhurlaşan və “Darvaza” adı ilə tanınan bu əxlaqsızlıq ünvanında hər gün xeyli sayda müştəri qəbul olunur. Obyektdə ən iyrənc əməllərə qol qoyulduğundan, bu ünvanda gündəlik xalqımıza məxsus əxlaqımız, milli-mənəvi dəyərlərimiz tapdaqlar altına atılır. Ən pis hal o olur ki, bu obyektin “bəy” titulu daşıyan sahibini nə əxlaq, nə mənəviyyat, nə də ki, digər amillərin varlığı düşündürür. Rasim “bəy”i düşündürən düşüncə, yalnız daha çox var-dövlət qazanmaq hərisliyi olur. Bir anlığa olub-keçənlərə diqqət yetirdikdə o da aydın olur ki, bu cür düşüncə, bu cür yanaşma sahibi olanların amalları fərqli mühitə köklənir.

Adı çəkilən bu ünvanda baş verənləri nəzərə alaraq belə bir qənaətə gəlmişik ki, hal-hazırda cəmiyyətimizi deqradasiyaya uğradan, neçə-neçə gəncləri minbir xəstəliyin daşıyıcısına çevirən, əxlaqımızı, milli-mənəvi dəyərlərimizi tapdaqlar altına atan, məhz belə bir ünvanların varlığıdır. Həmin ünvanlardan biri də, yuxarıda qeyd etdiyimiz kim “Darvaza” adi ilə tanınan əxlaqsızlıq ünvanıdır.  Görəsən sahiblik etdiyi obyektdə qadınların cinsi istismarına şərait yaratmaqla, açıq-aşkar şəkildə vergidən yayınmaqla, gigiyenik qaydalara lazımınca əməl etməməklə, hətta obyektdə çalışan işçilərlə əmək müqaviləsi bağlamamaqla, daha çox isə milli-mənəvi əxlaqımızı tapdaq altına atmaqla, Rasim “bəy”in və ona “daydayılıq” edən şəxslərin məqsədləri nədir? Odur ki, gəlin bu haqda düşünək, baş verən bu cür olayları birlikdə götür-qoy edək. Bəlkə o zaman Rasim “bəy”in və ona “daydayılıq” edənlərin “çin olmayan arzular”ından xəbər tuta bildik. Çünki, adı çəkilən şəxs və onun “arxa-dayağı” olduqca “mükül addımlar”ını atmaqdadırlar.

Mövzuya qayıdacağıq.


Paytaxt.org

22-06-2024, 23:04
Go back