Homepage / AAAF parkda qanunsuz tikli aparan Alışan "kimə istəyirsiniz gedin şikayət edin, burda ağada mənəm qanunda"/Video

AAAF parkda qanunsuz tikli aparan Alışan "kimə istəyirsiniz gedin şikayət edin, burda ağada mənəm qanunda"/Video

Xırdalan şəhərində “AAAF Park”da sakinlər həyətlərində aparılan qanunsuz tikilidən şikayətçi olub.

Paytaxt.org-a daxil olan şikayətdə sakinlər iddia edirlər ki, böyük sahəsi malik olan, təyinatı bilinməyən qanunsuz obyekt kommunikasiya xətlərinin tam üzərində tikilir.

Qanunsuz  tikilən obyektin ərazisində qaz, işıq, kanalizasiya xətlərinin sıradan çıxarılması ətrafda yaşayan ailələrə çox böyük təhlükə yatradır: “Biz dəfələrlə RİH şikayət etsək də baxan olmayıb. Tikintinin sahibi Alışan adlı şəxsdir. Ona da bir neçə dəfə müraciət etmişik, deyib ki, kimə istəyirsiniz gedin şikayət edin, burda ağada mənəm qanunda..." 

Paytaxt.org Alışanın qanunsuz tikli apardığı ərazidən görüntüləri təqdim edir:

22-05-2025, 21:27
Go back