Homepage / "Qudalar agentliyi"ndə PAROLLU İDARƏETMƏ - ADSEA-da saxta diplomlu HİMAYƏDAR KİMDİR?

"Qudalar agentliyi"ndə PAROLLU İDARƏETMƏ - ADSEA-da saxta diplomlu HİMAYƏDAR KİMDİR?

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Asəf Quliyev (ADSEA-dakı qudalardan biri - saxta ABU diplomu olduğu deyilən aparat rəhbəri Fuad Quliyevin yaxın adamıdır. 

Ağcabədi SMSİİ xüsusi əhəmiyyətli idarədir, Qarabağda su təsərrüfatının qurulması, layihələrin idarə olunması, başqa sözlə böyük korrupsiya əməliyyatları burada "həll edilir") idarənin qadın işçilərinə qarşı xüsusi "rejim" tətbiq edib: Gün ərzində kanalın yanında "post"da dayanan hər bir qadın təbii ehtiyaclarını ödəmək (ayaqyoluya getmək) üçün günün sonuna qədər cəmi bir dəfə olmaqla, 20 dəqiqə müddətinə ərazini tərk edə bilər. 20 dəqiqədən gec "post"a qayıdan qadın işdən çıxarılır...
Həqiqətən də adamı heyrət bürüyür. Nə idarəetmədir bu? ADSEA hərbiləşmiş qurumdur? 

Qeyd: Bu qurumun necə çalışdığını, rəhbərliyin ciddiyyətini müəssisənin vitrini olan ictimaiyyətlə əlaqələr üzrə məsul(iyyətsiz) şəxslərinin anormal davranışlarına, tərzlərinə baxıb da müəyyən etmək olar.

Müəllif: Elşad Məmmədli



3-03-2026, 00:51
Go back