Homepage / Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI?

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI?

Paytaxtın Nəsimi rayonunda qanunsuz hərəkərlər edən məmurlarla bağlı yerli sakinlərin narazı düşdüyü deyilir.


Rayonda qanunsuz tikintilərə  və səkilərin zəbtinə “yaşıl işıq” yandıran dövlət qulluqçuları Nəsimi rayon İcra Hakimiyyətinin başçısı ilə sakinlər arasında qarşıdura yaratmağa çalışırlar.

Sakinlər bildirrirlər ki, rayonda qanunsuz tikintilərin aparılması barədə zaman-zaman şikayətçi olsaq da, buna baxan olmayıb və bizləri dərdimizi demək üçün icra başçısı ilə görüşdən uzaq tutublar. İlginc məqam budur ki, bəzi qurumlarda kiçik padşahlar tərəfindən insanların şikayətinə ciddi reyaksiya verilmir, kiçik sahibkarlar isə bilərəkdən incidilir, hesab alınır. 

İddialara görə, yerli sakinlərə qənim kəsilən Nəsimi  RİH-nin memarı Ələsgər Rüstəmov və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılovdur. Bu hazıryiyən məmurlar vətəndaşlarla bilərəkdən kobud formada davranır. 

 MKTB rəisi "JEK"-lə əlbir olub vətəndaşları narazı salması deyilənə görə düşünülmüş addımdır.Rayonda çox sayda obyektlərə sahib olan Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılovun ərazilərdə apardığı təmizlik işləri də urəkaçan deyil yəni narazılıqlar yardır. Birliydə "ölücanlar"dan heç danışmağa dəyməz. Deyilənlərə görə Mayılov illərdir çox sayda maaş kartlarından ayda bir neçə min qazanc əldə etməkdədir. 

Qeyd olunan müstəvidə iş görməməkdən daha çox qanunsuz fəaliyyətlə yadda qalan rayonda qanunsuz tikintilərə  və səkilərin zəbtinə “yaşıl işıq” yandıran RİH-nin memarı Ələsgər Rüstəmovdur. Cənab Rüstəmov öz yarıtmaz idarəçiliyi ilə icra başçısı Tahir Budaqova qarşı yer almaqdadı və onu  bəzi fəaliyyətləri rayon rəhbərinin torbasını tikmək məqsədi daşıyır. Bildirək ki, Rüstəmov və Mayılov vaxtı ilə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavinlərindən biri Zahid Xəlilova da dost görünüb ona qarşı bəzi fəaliyyətlərdə yer almışlar. RİH-nin memarı Ələsgər Rüstəmov və Nizami Mayılovla bağlı şok məlumatları növbəti yazıda təqdim etməyə çalışacağıq.

Sakit Muradov

Xüsusi olaraq Paytaxt.org üçün

Bu gün, 12:00
Go back