Homepage / “Dr. Gülü”nün QƏSSABXANASI - daha bir "doğranan" pasiyent yarıcan oldu - Video

“Dr. Gülü”nün QƏSSABXANASI - daha bir "doğranan" pasiyent yarıcan oldu - Video

Bakıda özünü “Dr. Gülü” kimi təqdim edən Gülbadə Abdullayeva haqqında növbəti dəfə ciddi iddialar yayılıb.

Paytaxt.org xəbər verir ki, vətəndaş İnci Babayeva sosial şəbəkə hesabında qarşılaşdığı dəhşətli vəziyyətlə bağlı görüntülər paylaşıb.

Şikayətçi 2 gün əvvəl “Büllur” klinikasında Gülbadə Abdullayeva tərəfindən üzgərmə əməliyyatı olunduğunu, lakin prosedurdan sonra ağır fəsadlarla üzləşdiyini bildirib:

“Ağzımın sağ tərəfini hiss etmirəm, sinirlərimə toxunublar. Mənimlə maraqlanan yoxdur. Qanaxmalı vəziyyətdə şəkillərimi göndərirəm, bunun normal olduğunu deyirlər. Gülbadə xanımın qəbuluna ümumiyyətlə düşə bilmirəm. Yaramın üstünü açanda məlum oldu ki, tikişlərim ümumiyyətlə bağlanmayıb. Dünən öyrənmişəm ki, sən demə, o, qanunsuz fəaliyyət göstərirmiş. Bu adamın diplomu yoxdur, heç bir tibbi sənədi olmadan işləyir. Hətta eşitmişəm ki, o, əvvəllər saç ustası işləyib”.

Xatırladaq ki, daha əvvəl də Gülbadə Abdullayevanın əməliyyat zamanı qeyri-etik görüntüləri yayılmışdı. Səhiyyə Nazirliyi  həmin görüntülərlə bağlı araşdırmalar aparmışdı. Bildirilmişdi ki, Gülbadə Abdullayevanın adı Nazirliyin tibb işçilərinin vahid reysterində yoxdur. Onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil. "Qafqazinfo" 

Dünən, 23:00
Go back