Homepage / Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında NƏ BAŞ VERİR? - Yerli sakinlərin Səyyaf Tağıyevlə balı TƏBİB-ə MÜRACİƏTİ

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında NƏ BAŞ VERİR? - Yerli sakinlərin Səyyaf Tağıyevlə balı TƏBİB-ə MÜRACİƏTİ

Neçə müddətdir ki, Xaçmaz rayon sakinləri onları narahat edən əsas məsələlərdən birindən - Xaçmaz rayon Mərkəzi Xəstəxanasının durumundan giley-güzar edirlər. 

Şikayətçi sakinlər bildirib ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyevin fəaliyyəti ilə bağlı artıq bir neçə dəfə sosial şəbəkələr vasitəsi ilə TƏBİB-ə. müraciətlər edilsə də xaçmazlıların imdadına gələn tapılmayıb.

Sakinlər yazır: "Nə qədər TƏBİB-ə və Səhiyyə nazirliyinə müraciətlər etsək də, Xaçmaz rayon mərkəzi xəstəxanasının acınacaqlı durumu neçə vaxtdır dəyişilməz olaraq qalmaqdadır...

Beləki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyevin idarəçisi olduğu xəstəxanasında tibbi heyət çatışmamazlığı, antisanitarik vəziyyət, təmirə ehtiyacı olan palatalar və əşyalar dəyişilməz olaraq qalmaqdadır... 

Demək olar ki, xəstəxana koorrupsiya yuvasına çevrilib. Yeni xidmət işcləri bu xəstəxanada pul müqabilində işə gotürülür və hər birindən 5-7 min manat arası pul alınır. Xəstxananin içərsində aptek açlib. Aptekin bütün  işlərin  iradə adlı xanıma həvalə edib. Dövlətin xəstələrə pulsuz verilməsi nəzərdə tutulan dərmanları İradə xanım onlara pula satır.  

Bunlarla yanaşı təcili tibi yardım surclərnin də pul alınaraq işə gotrürülməsi kimsəyə sirr deyil. Və, işə götürülən sürücülərə verilən maşınlar nasaz vəziyətdə onlara verilir. Sürücülər isə öz hesablarına maşınları təmir etdirməyə məcbur olunurlar. Bu səbəbdən də ucqar kəndlərdə yaşayan yerli sakinlərin yardım çağırışlarına təcili tibi yardım maşınlarının hadisə yerinə gedə bilməməsi ilə nəticələnir. Deyilənlərə görə təcili tibi yardım maşınları ya yanacaq ucbatından yada nasaz olduğu üçün çağrış yerlərinə gedə bilmir. Buda yerli sakinlər arasında haqlı narazılıqlar yarartmağa səbəb olur.


Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyevin yarıtmaz idarəçiliyi bununla bitmir. Xatırladaq ki, 2025 ilin sonlarında Xaçmaz Rayon Mərkəzi Xəstəxanası dezinfeksiya xidmətləri üçün vəsait ayırılıb. Sanitariya-gigiyena və digər xidmətlərin göstərilməsi üçün satınalma elan edilib. Layihəyə dezinfeksiya, dezinseksiya,  deratizasiya işləri, həmçinin su anbarlarının yuyulub təmizlənməsi və dezinfeksiya olunması da daxil olunub. Amma bu xidmətlər üçün ayrılan 15 min 158 manat 26 qəpik məbləğində vəsaitin ayrılması itən pullar arasında yer alıb.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanası yalnız tibbi xidmət göstərən bir müəssisə kimi deyil, həm də insanlara qayğı göstərən, onların problemlərinə həssas yanaşan bir mərkəz olmalıdır. Əfsuslar olsun ki, bu xəstəxanada şəffaflığa və insanların sağlamlığına baxış pul olaraq qəbul edilir- dyə yerli sakinlər öz müraciətlərində bildiriblər.

Ardı var

Günay Heydərli

Bu gün, 12:11
Go back