Homepage / İş qadını tiktoker Həmidin ondan dələduzluqla ələ keçirib qumarxanaya qoyduğu pul qəbizlərinin bir qismini yaydı - DİN və Prokurorluğa MÜRACİƏT

İş qadını tiktoker Həmidin ondan dələduzluqla ələ keçirib qumarxanaya qoyduğu pul qəbizlərinin bir qismini yaydı - DİN və Prokurorluğa MÜRACİƏT

İş adamı Mətanət Həsənova bloger və tiktoker Həmid Allahverdiyevlə bağlı yeni iddialarla çıxış edib. O, sosial şəbəkələrdə müxtəlif ödənişlərə dair olduğunu bildirdiyi çek və qəbzləri paylaşaraq, külli miqdarda maddi ziyana məruz qaldığını iddia edib.


Şikayətçinin sözlərinə görə, 2023-cü ildən başlayaraq Həmid Allahverdiyevin müxtəlif vədlərinə inanaraq ümumilikdə 135 min manat vəsait xərcləyib. İddiasına əsasən, həmin məbləğin böyük hissəsi TikTok platformasında keçirilən oyunlara və digər ödənişlərə sərf olunub. O bildirir ki, oyunlar vasitəsilə avtomobil qazanacağı və həmin avtomobilin ona təqdim ediləcəyi vəd edilsə də, bu baş verməyib.


Həsənova həmçinin iddia edir ki, əlavə olaraq 15 min manat kazino oyunlarında uduzub və bu prosesdən əldə olunan gəlirlərin Həmid Allahverdiyevin xeyrinə olduğu qənaətindədir.


Şikayətçi uzun müddət qarşı tərəfə həm maddi, həm də mənəvi dəstək göstərdiyini, lakin sonradan aldadıldığını düşündüyünü bildirir. Onun sözlərinə görə, verilən şəxsi vədlər də sonradan öz təsdiqini tapmayıb və bütün bunların yalnız maddi maraq məqsədi daşıdığı qənaətinə gəlib.


İş qadını məsələ ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə və daxili işlər naziri Vilayət Eyvazova müraciət etdiyini açıqlayıb. O, müraciətində iddialarının obyektiv araşdırılmasını, təqdim etdiyi çek və digər sübutlara hüquqi qiymət verilməsini xahiş etdiyini bildirib.


Qeyd edək ki, yazıda yer alan məlumatlar Həsənovanın iddialarına əsaslanır. Həmid Allahverdiyev tərəfindən bu iddialarla bağlı hələlik ictimai açıqlama verilməyib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq



Bu gün, 12:07
Go back