.İş qadınıı Mətanət Həsənova bildirib ki, 28 iyun 2024-cü il tarixində bloger və tiktoker Həmid Allahverdiyev ailə üzvlərindən birinin ad günü mərasiminin keçirilməsi ilə bağlı ondan maddi dəstək istəyib.
Onun sözlərinə görə, həmin gün Həmid Allahverdiyevin atasının 60 illik yubiley mərasimi Qusar rayonunda yerləşən “Cənnət Aframe Qusar” istirahət mərkəzində təşkil olunub və tədbirin keçirilməsi üçün ondan kömək istənilib. Mətanət Həsənova iddia edir ki, Həmid Allahverdiyevin xahişi ilə qızıl üzük alaraq yubileyə göndərib. O bildirib ki, qızılın haradan və kimdən alındığını təsdiq edən sənədləri və şahidləri mövcuddur.
Şikayətçi qeyd edib ki, bu hadisə ilə yanaşı, həmin ailəyə müxtəlif vaxtlarda digər qızıl zinət əşyaları da hədiyyə edib. O, hazırda verdiyi qızıl zinət əşyalarının və digər maddi vəsaitlərin geri qaytarılmasını tələb etdiyini bildirib.
Mətanət Həsənovanın sözlərinə görə, məsələ ilə bağlı qarşı tərəflə əlaqə saxladıqda, əvvəlcə əşyaların qaytarılacağı bildirilsə də, sonradan təhqirlərlə üzləşib. O, bu iddialarını təsdiqləyən səs yazılarının olduğunu və yaxın günlərdə həmin materialları ictimaiyyətə və mediaya təqdim edəcəyini açıqlayıb.
İş adamı bildirib ki, artıq qarşı tərəfdən əlavə heç nə istəmir və yalnız özünün verdiyi maddi vəsaitin, eləcə də qızıl zinət əşyalarının geri qaytarılmasını tələb edir.
Mətanət Həsənova məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət etdiyini də qeyd edib. O, aidiyyəti dövlət qurumlarından müraciətinin araşdırılmasını və qanunvericiliyə uyğun tədbir görülməsini xahiş edib.
Qeyd edək ki, yazıda yer alan məlumatlar Mətanət Həsənovanın səsləndirdiyi iddialardır. Qarşı tərəfin mövqeyi məlum deyil. Həmid Allahverdiyevin münasibəti təqdim olunduğu təqdirdə materialda dərc ediləcək.
Mətanət