Homepage / Milyonlarla işçinin HƏYATI TƏHLÜKƏDƏ: Plazalarda radiasiya TƏHLÜKƏSİ?

Milyonlarla işçinin HƏYATI TƏHLÜKƏDƏ: Plazalarda radiasiya TƏHLÜKƏSİ?

Paytaxt.org bildirir ki, Bakı şəhərində fəaliyyət göstərən biznes mərkəzləri və plazalarda çalışan əməkdaşların iş şəraiti, havalandırma sistemləri, radiasiya fonu və təhlükəsizlik məsələləri ilə bağlı Ajans.az aidiyyəti qurumlara sorğular ünvanlayıb.

Saytın əməkdaşları gün ərzində 8-9 saat vaxt keçirdiyi, bir çoxunda pəncərələrin açılmadığı və mərkəzləşdirilmiş havalandırma sistemindən istifadə edilən ofislərin sağlamlıq və təhlükəsizlik baxımından vəziyyətini araşdırmağa çalışıb.

Sorğularımızda plazalarda radiasiya fonunun hansı qurum tərəfindən yoxlanıldığı, bu istiqamətdə monitorinqlərin aparılıb-aparılmadığı, havalandırma sistemlərinin effektivliyi, ofislərdə əməkdaş sayının sahəyə uyğunluğu və təhlükəsizlik standartları ilə bağlı suallar yer alıb.

Fövqəladə Hallar Nazirliyinə (FHN)Səhiyyə NazirliySəhiyyə Nazirliy radiasiya yoxlamalarının hansı qurum tərəfindən həyata keçirildiyini, normadan artıq radiasiya qeydə alınan obyektlərin olub-olmadığını, tikinti zamanı hansı təhlükəsizlik tələblərinin nəzərə alınmalı olduğunu və ofislərdə çalışan əməkdaş sayına dair normativləri soruşduq. Nazirlikdən bildirildi ki, məsələlər onların səlahiyyətlərinə aid deyil və bu istiqamətdə yoxlama aparmırlar.

Səhiyyə Nazirliyinə ünvanladığımız sorğuda isə pəncərələri açılmayan, mərkəzləşdirilmiş havalandırma sistemi ilə işləyən ofislərdə uzun müddət qalmağın sağlamlığa mümkün təsirləri, hava keyfiyyətinin aşağı olmasının yarada biləcəyi problemlər, radiasiya monitorinqi və işçi sayı ilə sahə arasındakı normativ uyğunluq barədə suallar yer alıb. Nazirlik sualların qurumun fəaliyyət istiqamətinə aid olmadığını bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də plazalarda radiasiya fonunun ölçülməsi, monitorinqlərin dövriliyi, tikinti zamanı ekoloji təhlükəsizlik tələbləri və normativlərin pozulması zamanı görülən tədbirlərlə bağlı müraciət etdik. Qurumun bu məsələlərə baxmadığı bildirilib.

Beləliklə, plazalarda radiasiya fonu, havalandırma sistemlərinin effektivliyi və əməkdaşların iş şəraiti ilə bağlı suallar açıq qalır.

Bu gün, 16:08
Go back