ƏYALƏT

“Atəşgah” sığorta şirkətində MÜDHİŞ MAXİNASİYA: İnsanlar kütləvi aldadaraq çapıb talanır - MÜRACİƏT

post-img

"Hər kəs bilsin ki, “Atəşgah” sığorta şirkəti insanları aldadaraq çapıb talayır.  Xahiş edirəm şikayətimizi dərc edin. Daha bezmişik..."

Paytaxt.org xəbər verir ki, belə bir iddia ilə saytın elektron ünvanına  Bakı şəhəri sakini Alı İsgəndərli şikayət ünvanlatyıb.

Həmin şikayət məktubunu olduğu kimi təqdim edirik:


" Bildiririk ki, “Atəşgah” sığorta şirkəti uzun illərdir ki, əhalini ələ salır və nədənsə bu işlərə əncam çəkən tapılmır. Çoxlu şikayətlər edirik, lakin heç birinin doğru-düzgün nəticəsi ortalığa çıxmır.


“Atəşgah” şirkəti hər il xalqdan sığorta adı ilə milyonlarla pul yığır. Bu pul sürücülərdən ona görə alınır ki, guya sizi sığorta edirik, maşınınız qəzaya düşəndə sizə dəyən ziyanı ödəyəcəyik. Lakin elə ki avtoqəza oldu və iş gəldi çıxdı “dəyən zərərin ödənməsinə”, vay da onda başlayır. “Atəşgah” şirkəti sözünün üstündən qaçır, pulu ödəmək istəmir. Şirkətin hüquqşünası pulu ödəməməkdən ötrü min cür oyundan çıxır. Nəticədə vətəndaşların nəinki əsəbləri pozulur, həm də dövlətə qarşı süni şəkildə narazılıq yaradılır. Bu təxribatlara aydınlıq gətirilməlidir. Biz dövlətə və hüquq mühafizə orqanlarına müraciət edərək bu işlərin araşdırılmasını istəmişik və ccinayət işi açılıb. Siz media orqanlarından da xahiş edirik ki, bu məsələni ictimailəşdirin, xalq görsün, aldanmasın, “Atəşgah”ın toruna düşənlər olmasın.


Dəfələrlə şirkətdən bizə verilməli olan pulun ödənilməsi üçün şikayətlər etmişik, şirkətinin binasının qarşısında etiraz aksiyası da keçirmişik. Aksiya zamanı baxıb görmüşük və ortalığa çıxarmışıq ki, “Atəşgah” şirkəti çoxlu insanları dünyada misli-bərabəri olmayan loxotron sistemləri ilə aldadır, bu işdə məşhur Ostap Benderin də fəaliyyətini ötüb keçəcək qədər pərgarlaşıb.


Fikir verin, sizə bir neçə detal sadalayaq ki, şirkət min oyundan çıxaraq insanları açıq-aşkar ələ-salıb, min cür əzab-əziyyətlərə qatlaşdırıb, infarkt həddinə çatdırmaqla da olsa onları aldadaraq əllərindən aldığı pulu həzmi-rabedən keçirib. 10 ildi, 15 ildi vətəndaşlar şirkətin binasına sürünürlər, pullarını ala bilmirlər.

2012-cü ilin 13 iyulunda avariya olub. 50-CE-461 nömrəli maşın piyadanı vurub. Vəfat etmiş vətəndaşın atası 10 ildi sürünsə də, “Atəşgah” ona pulu ödəmək istəmir. Deyir ki, işi təhlükəsizlik şöbəmizə vermişik, qaydaya uyğun olaraq təhlükəsizlik şöbəmiz rəy verməlidi, bundan sonra pulu buraxmalıyıq. Halbuki şirkətdə aləm bir-birinə qarışıb, bu təhlükəsizlik şöbəsi dedikləri şöbə elə bankın adi sığorta işçiləridir ki, müdir nə dedi onu da yerinə yetirirlər. İndi siz deyin, şöbə işi nə qədər vaxta araşdırıb rəy verməlidir? Dünyanın hansı ölkəsində görünüb ki, sığorta şirkətinin primitiv bir şöbəsi rəy verməkdən sarı 10 il ələşsin?


2012-ci ilin 8 mart tarixində 10-TE-338 nömrəli maşını ilə 10-GR-872 nömrəli maşınının toqquşması nəticəsində bir neçə şəxs ölmüşdür. Ölənlərdən birinin - Teymur Zabilovun həyat yoldaşı uzun illərdir sürünsə də şirkətdən ona məhəl qoymurlar. Məhz belə mərhumların hesabına şirkət işçiləri varlanır, xaricdə özlərinə mal-mülk alırlar. Əhali isə bunların maxinasiyalarına aldanaraq sonda bir tikə çörəyə möhtac qalır.
2013-cü ilin 3 avqustunda dəhşətli qəza baş vermişdir. 90-FS-754 nömrəli maşının 19-BB-176 nömrəli maşınla toqquşması nəticəsində bir ailə büsbütün qırılmışdır. Ailənin 4 körpə uşağı hal-hazırda yetim qalmışdır, nənələrinin himayəsindədirlər, “Atəşgah” şirkəti bu yetim körpələrin pulunu yeyərək ödəməkdən imtina edir. Halbuki bu körpələr köhnə uçuq daxmada qalırlar, qışda evlərinin damından içəri yağış suyu tökülür. Dəfələrlə müraciət ediblər ki, şirkət pulu ödəsin, biz evimizi təmir edək və dava-dərmanlarımızı alaq. Lakin şirkət bildirir ki, iş köhnə işdir, araşdırma gedir. Nəyi araşdırırlar, necə araşdırırlar, nə vaxt başa çatdıracaqlar, bir Allah bilir.


2014-cü ilin 31 iyulunda baş vermiş hadisədə də bir nəfər adam ölmüşdür, həyat yoldaşı mərhim ərinə düşən pulu şirkətdən tələb etsə də, şirkət pulu ödəməkdən imtina edir. Şirkətin hüquqşünası yenə deyir ki, təhlükəsizlik şöbəsində araşdırılır.

Bu maşınların hamısı “Atəşgah” şirkətində sığorta olunmuşdular. Şirkət işçiləri insanları aldadaraq pul almışlar ki, sizi sığortaladıq, başınıza bədbəxt hadisə gəlsə biz sizə kömək edəcəyik. Lakin insanlar avtoqəzaya düşəndə şirkət pulu ödəməkdən boyun qaçırır, hətta çox zaman vətəndaşları kobud şəkildə ofisdən qovaraq hədə-qorxu gəlirlər. Biz dövlətimizdən və mediamızdan bu işlərə əncam çəkilməsi üçün kömək istəyirik. Baş Prokurorluq və Mərkəzi Bank artıq bu işləri araşdırmağa başlamışdır. “Atəşgah” sığorta şirkətindəki yoldaşlar xalqa loxotron qurublar, insanları ən kobud və kustar üsullarla aldadırlar.


Son müraciətlərimiz zamanı onlara bildirdik ki, Mərkəzi Banka sizdən şikayətlər edəcəyik, kəskin söhbət oldu, dedilər ki, biz Mərkəzi Bankı hərləmirik, ordakılar sədrimizin öz adamlarıdır, gedin hara şikayət edirsinizsə edin. Belə özbaşınalıq olurmu? İndi şükürlər olsun ki, Mərkəzi Bankın rəhbərliyi dəyişib və işə əncanm çəkiləcək.


Biz aldadılmış vətəndaşlar, media orqanlarından xahiş edirik ki, “Atəşgah” sığorta şirkətinin maxinasiya kanalına son qoyulmasına kömək edin, aldadılmış vətəndaşların hüquqlarının bərpa edilməsində iştirak edin..."

Alı İsgəndərli
Bakı şəhəri sakini
Telefonum: 055 405 07 92

 




Oxşar xəbərlər