Göygöl rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyevin Bakıda sərxoş halda idarə etdiyi 25-BG-025 dövlət qeydiyyat nişanlı avtomobildə qəzaya düşərək həyatını itirməsi ilə bağlı məlumat yayılıb.
Manset.az-ın əməkdaşı yayılan məlumatla bağlı Vasif Əliyevlə əlaqə saxlayıb. O, yazılanların yalan olduğunu bildirib:
“Mən yaxın günlərdə Bakıda hər hansı qəza törətməmişəm. Yazılanlar həqiqəti əks etdirmir. Bu mənə qarşı təxribatdır. Məsələ ilə bağlı polisə müraciət etməyə gedirəm. Mən bu məlumatı yayanların cəzalandırılmasını tələb edəcəm”.