ƏYALƏT / BANNER

XAİNLƏR QƏFİL HƏRƏKƏTƏ KEÇDİ: İranda ermənilərə dəstək aksiyası keçirilir: Laçın yolu açılsın - FOTO

post-img

İranın paytaxtı Tehran şəhərində "Artsax blokadadan çıxarılmalıdır" şüarı altında qondarma quruma dəstək aksiyası keçirilib.
 
AZXEBER.COM İran mediasına istinadən xəbər verir ki, aksiya iştirakçıları Laçın dəhlizinin açılmasını tələb ediblər.
 
Aksiyada Qarabağdan İrana gedən separatçılar da iştirak edib. 
 
Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 47 gündür davam edir. Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Yol humanitar məqsədlər üçün açıqdır. 
 




Oxşar xəbərlər