ƏYALƏT / BANNER

İcra başçısı Adil Vəliyevin özünün və ailə üzvlərinin adına olan əmlakların SİYAHISI

post-img

Sosial şəbəkələrdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin və ailə üzvlərinin mülklərinin siyahısı yayılıb.

Paytaxt.org əmlakların siyahısını təqdim edir:

1. Bakı şəhəri, Nəsimi rayonu, Babək prospekti 37 ünvanında 0.2921 ha torpaq sahəsi, 1598.30 kv/m daşınmaz əmlak olan qeyri yaşayış binası. 2019-cu ildən.

Həyat yoldaşının adına sənədləşən əmlaklar

2. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5080C saylı 0.16 ha bağ sahəsi. 2021-ci ildən.

3. Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, b, 31, 307-ci məhəllə, m.2 ünvanında yerləşən 237.20 kv/m olan mənzil. 2020-ci ildən.

4. Bakı şəhəri, Nərimanov rayonu, Etibar Qocayev küçəsi, 17 ünvanında, 0.0783 ha torpaq sahəsi, 1094.50 kv/m daşınmaz əmlakın ümumi sahəsi olmaqla, fərdi yaşayış evi. 2021-ci ildən.

5. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 102 ünvanında 0.0820 ha torpaq sahəsi . 2018-ci ildən

Oğlunun adına sənədləşən əmlaklar:

6. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsi, 17F ünvanında 0.6150 ha torpaq sahəsində olmaqla, 301.20 kv/m ümumi sahəsi olan fərdi yaşayış evi. 2021-ci ildən.

7. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5080G saylı 0.16 ha bağ sahəsi . 2021-ci ildən.

8. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 0.16 ha 892 saylı bağ sahəsi. 2021-ci ildən.

9. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 139 ünvanında 0.59 ha torpaq, 9.10 kv/m qeyri yaşayış binası. 2019-cu ildən.

10. Sabunçu rayonu, Bəşir Bünyatov küçəsi, 246 ünvanında 0.7173 ha torpaq sahəsi. 2021-ci ildən (satılıb)

Gəlninin adına sənədləşən əmlaklar:

11. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, b, 39, m. 45 ünvanında 225.40 kv/m mənzil. 2018-ci ildən.

12. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsi, b, 60, 60B, 107.50 kv/m olan mənzil 92. 2021-ci ildən.

13. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsi, b, 60, 60B, 60C ünvanında 98.30 kv/m olan qeyri yaşayış sahəsi. 2021-ci ildən.

Qızının adına sənədləşən əmlak:

14. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5080X saylı 0.16 ha

Sabunçu rayon İcra hakimiyyətindən mövqe almağa çalışsa da, qarşı tərəf məsələ ilə bağlı danışmaq istəmədi. //AMİA.az

Oxşar xəbərlər