Əyalət

"Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur..." - GİLEY

post-img

"Xaçmazın Bayraq meydanında aylardır ki, bayraq yoxa çıxıb. Bu birinci hal deyil. Qonşu rayonlarda elə gün olmur ki, bayraq dalğalanmasın... amma bizdə bayrağa sahib çıxan yoxdur". Bu barədə dia-az.info-ya rayon sakinləri adından edilən müraciətdə qeyd olunur.

Müraciət müəllifləri daha sonra bildirir: "Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur. Adi vaxtlarda həftənin 5 ci günü və bayram günlərində çıxır aradan. Rayon qalır özbaşına.

"Facebook"da "xachmazlilar" qrupu var, hərdən dərdimizi ora yazardıq... İndi orda da başçı ilə bağlı tənqidlərə icazə verilmir. Paylaşmırlar.

Rayonda idarəetmə sıfır səviyyəsindədir. Yalandan  şəkil çəkdirmək, tənqidi yazı yazılan kimi gah iclas keçirirlər, gah şəhid ailəsinən görüşürlər. Şəhidlərimiz bayrağımız üçün canlarından keçib amma bizim Xaçmazda 3-5 manat pul tapmırlar bayrağı asmağa. Pul ancaq Elnur Rzayevin və onun çox məhdud sayda olan ətrafındakı rüşvətxorlarln cibi üçündür..."


Oxşar xəbərlər