ƏYALƏT

Ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür - RƏSMİ

post-img

Ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir

Ekologiya.az xəbərinə görə, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir.

Noyabrın 17-də bu istiqamətdə keçirilən tədbirlər nəticəsində Suraxanı rayonunun Yeni Günəşli və Qaradağ rayonunun Lökbatan qəsəbələri ərazilərində ağac və kolların zədələnməsi faktları aşkar olunub.  

Ağac və kolları zədələdiklərinə görə Suraxanı rayonunda bir fiziki,  Qaradağ rayonunda isə bir vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.  

 

Oxşar xəbərlər