ƏYALƏT / BANNER

“Dəmir yolu”nda bütün maxinasiyaların başında duran BOZ KARDİNAL ləqəbli oliqarx Hicran Valehov KİMDİR?/VİDEO

post-img

“Dəmir yolu”na nə üçün 5 müavindən məhz  Hicran Valehov  təyin edildi..? 

Məlumdur ki,  bir ay  öncə cənab Prezident İlham Əliyev  “Azərbaycan Dəmir Yolları”  Qapalı Səhmdar Cəmiyyətinin sədri  Cavid Qurbanova  daha böyük etimad göstərərək  onu  Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin etdi.

 
Və beləcə  “Azərbaycan Dəmir Yolları”  Qapalı Səhmdar Cəmiyyətinin sədri  postuna kimin təyin olunacağı sualı ortaya çıxdı.
Məlumdur ki,  “Azərbaycan Dəmir Yolları”  Qapalı Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Əlirza Süleymanovdur. Və qaydalara uyğun olaraq  sədr vəzifəsini tərk edirsə, avtomatik olaraq  səlahiyyət birinci müavinə həvalə edilir. Amma…
Əmması  odur ki, Cavid Qurbanovdan sonra  “Azərbaycan Dəmir Yolları”  Qapalı Səhmdar Cəmiyyətinin sədr səlahiyyətləri birinci müavini Əlirza Süleymanova deyil, digər  5 sadə  müavindən biri olan Valehov Hicran Qardaşxan oğluna həvalə edildi.
Düzdür, biz kiminsə təyinatını müzakirəyə çıxartmaq fikrində deyilik. Amma nə üçün 1-ci müavinə, yaxud digər müavinlərə  deyil, MƏHZ  Hicran Valehova..?
Birincisi, bu adam peşəkar dəmiryolçu deyil..?
Bəli, gəlin, Hicran Valehovun  ömür  yoluna nəzər salaq:
1968-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirmişdir. Texnika elmlər namizədidir.
1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyi, “Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsi, Yol Fondu İdarəsi, “Elm-İstehsalat Mərkəzi” və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışmışdır.
2007-2015-ci illərdə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışmışdır.
2015-2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində çalışmışdır.
2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
“Tərəqqi” medalı, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı və “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilmişdir.
Fikir verdinizmi, sığorta müfəttişi necə  dəmiryolçu ola bilir..?
İkincisi,  uzun müddət  ( 2007-2015 –ci illər ) sədrin  müavini olan Hicran Valehov  necə oldu ki, sədrin müşaviri oldu..?
Bilənlər bilir ki, sədr müavini və müşavir postları  arasında xeyli fərq var…
Və  sonda  Hicran  Valehov  hazırda  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədri  vəzifəsini yerinə yetirir.
Görəsən, 5 müavin, hətta 1-ci müavin ola-ola nə üçün məhz  Hicran Valehova   etimad göstərildi..?
Gundelik-baku.com-un apardığı qısa araşdırma zamanı  bəlli oldu ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 15  ilə yaxındır ki, həyata keçirilən maxinasiyaların başında  Hicran Valehov  dayanıb.
Bəli, Hicran Valehov  uzun illərdir ki, köhnə vaqonların  təzə adı ilə silinib büdcədən milyonların mənimsənilməsi,  ezamiyyət xərclərinin şişirdilib  ələ keçiriiməsi  və digər maxinasiyaları həyata keçirib.
Sözün qısası, Hicran Valehovun əməlləri ilə bağlı araşdırmalarımız davam edir. 

Növbəti sayımızda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Əliyar müəllimin hansı işlərlə məşğul olması haqqında yazı dərc edəcəyik. Bizi izləyin.
Qarşı tərəfin  mövqeyini dərc etməyə hazırıq.


Oxşar xəbərlər