"Azəriqaz İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsinin Ağsu xidmət sahəsində çalışan (ictimai işlər üzrə) işçiləri kütləvi şəkildə işlərindən azad olunurlar".
Dia-az.İnfo xəbər verir ki, bu barədə işçilərin müraciətində deyilir.
Məlumatda daha sonra bildirilir:
"Həmin işçilər fəhlə köməkçisi işləyirdilər. 2016 cı ildə işə daxil olan işçiləri çıxarıblar. Heç bir səbəb göstərmədən işçilərlə bağlanmış Əmək Müqaviləsinin müddəti artırılmayıb.
İşçilərlə müqavilə 1 aydan bir bağlanırdı. İşdən azad olunanlar arasında şəhid ailələri də var..."