DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı “Qafqazinfo” ya bildirib ki, bu gün Laçın rayonunun Ağcakənd kəndi ərazisində “Kamaz” markalı sərnişin avtobusu hərəkətdə olan zaman sürücünün idarəetməni itirməsi səbəbindən dərəyə yuvarlanıb.
İlkin məlumata görə, nəqliyyat vasitəsində olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.
Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.
Digər hadisə ilə bağlı qeyd edək ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə məxsus avtobus bu gün Laçın rayonu ərazisində qəza edib.
Bu barədə ANAMA məlumat yayıb.
İlkin məlumatda Agentliyin avtobusda olan 3 əməkdaşının yüngül xəsarətlər aldığı bildirilirdi.