Homepage / Cənubi Koreyanın paytaxtına hərbi texnika yeridildi - Polislə müxalifət arasında toqquşmalar var

Cənubi Koreyanın paytaxtına hərbi texnika yeridildi - Polislə müxalifət arasında toqquşmalar var

Cənubi Koreya paytaxtına hərbi texnika yeridilib, polislə müxalifət arasında toqquşma olub.

Musavat.com ölkənin aparıcı agentliyi olan "YonHap"a istinadən xəbər verir ki, Cənubi Koreyada fövqəladə vəziyyət elan olunduqdan sonra paytaxt Seulun küçələrinə hərbi texnika yeridilib.

Xəbərdə bildirilir ki, helikopterlər səmaya qaldırılıb, patrul fəaliyyəti həyata keçirilir. Ordu parlament binasına daxil olub. Bundan əvvəl hakimiyyət bütün KİV üzərində nəzarətin tətbiq olunduğun elan edib

Agentliyə məlumat verən ordu generalı Pak An Su bildirib ki, nəzarəti əldə saxlamaq üçün fəaliyyətlərini davam etdirəcəklər. 

3-12-2024, 20:44
Go back