Homepage / “Göyçə boşaldılır: Kəlbəcərdən ordu girir” iddiası – Ermənistan MN təcili məlumat yaydı

“Göyçə boşaldılır: Kəlbəcərdən ordu girir” iddiası – Ermənistan MN təcili məlumat yaydı

“Ermənistanın Geqarkunik (Göyçə mahalı – red.) vilayəti minalardan təmizlənir və boşaldılır”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistanda azərbaycanşünas ekspert kimi tanınan Armine Adibekyan çıxış edib.

Onun sözlərinə görə, guya vilayətin bəzi ərazilərindən ordu geri çəkilməyə başlayıb:


“Ermənistan qoşunları Çəmbərək (Qərbi Azərbaycanda Qırmızıkənd rayonu mərkəzi – red.) və Cil kəndindən geri çəkilir. Həmin mövqelər çox vacibdir, ən azı Tavuşdakı mövqelərimiz qədər əhəmiyyətlidir. Artıq Vardenis bölgəsində kəndlərin təhvil verilməsinə hazırlıq gedir, əhaliyə ərazini boşaltmaq tapşırılıb. İnsanlara oradan çıxmaları qarşılığında nə vəd edilib, bilinmir. Heç kim bu barədə danışmır. Plana görə, Azərbaycan Ordusu Kəlbəcərdən Geqarkunikə girəcək, Göyçə mahalı bölünəcək, daha sonra Vayk ərazisinə keçərək Zəngəzura nəzərati bərpa edəcəklər”.

Ermənistan Müdafiə Nazirliyi dərhal məlumat yayaraq Geqarkunikdə minatəmizləmə işlərinin aparılması və ordunun geri çəkilməsi ilə bağlı iddiaları təkzib edib.

1-05-2024, 16:19
Go back