Homepage / 2021-ci ildəki kimi etsək, Azərbaycan və Türkiyə… – Abovyan

2021-ci ildəki kimi etsək, Azərbaycan və Türkiyə… – Abovyan

Nikol Paşinyanın fərqli bəyanatları göstərir ki, hökumət növbədənkənar seçki ssenarisini nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın rusiyayönlü politoloqu Arman Abovyan deyib.

Onun sözlərinə görə, Paşinyan administrasiyası fors-major vəziyyətlərdən qorxur və buna görə də artıq çox ehtiyatlı formada yarıtəbliğat xarakterli seçkiöncəsi kampaniyaya başlayıb:


“İndi hakimiyyət Qarabağın kapitulyasiyası və Ermənistanın mərhələli demontajını gələcəkdə qələbə əldə etmək üçün şans kimi görür. Hansı qələbədən danışdıqlarını təsəvvür belə etmək çətindir. Bu halda hakimiyyət və “5-ci kolon” çalışır ki, Ermənistanın suveren ərazilərinin demarkasiya və delimitasiya adı atında verilməsini gizlətsinlər. Çalışırlar ki, Ermənistan konstitusiyasını birbaşa türklər və azərbaycanlıların əmri ilə dəyişsinlər, Zəngəzur dəhlizini verib, onu üçüncü dost ölkənin nəzarətində olduğunu desinlər. Sözügedən mübadilələrin qarşılığında bu məxməri hökumət bizə yenidən sülh vəd edir. Əgər onlar insanları 2021-ci ildəki kimi aldada bilsələr, o zaman Türkiyə-Azərbaycan tandemi sülh qarşılığında bizi Ermənistanın de-fakto mövcudluğu ilə mükafatlandıracaq”.

17-06-2024, 16:21
Go back