Homepage / Köçəryandan sensasiya – “Rusiyanın Ermənistandakı yerini Türkiyə tutacaq”

Köçəryandan sensasiya – “Rusiyanın Ermənistandakı yerini Türkiyə tutacaq”

“Ermənistan hakimiyyəti hələ də iqtisadiyyatımızın Rusiya ilə nə qədər bağlı olduğunu başa düşə bilmir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri “Hayastan” fraksiyasından olan deputat Levon Köçəryan “Sputnik”ə müsahibəsində deyib.

O bildirib ki, Rusiya ilə münasibətlərin pozulacağı təqdirdə yaranacaq boşluqları başqa ölkələrin istənilən, hətta fövqəladə yardımı  belə bağlaya bilməyəcək:


“Həqiqətən də respublikada çox ciddi iqtisadi problemlər yaranacaq. Tarixən Cənubi Qafqaz regionunda Rusiya, Türkiyə və İran çox nüfuzlu oyunçular olublar”.

Köçəryan qeyd edib ki, Rusiya Ermənistandan zorla çıxarılsa, onun yerini başqası tutacaq və çox güman ki, bu, Türkiyə olacaq.

21-06-2024, 12:52
Go back