“Rusiya prezidenti Vladimir Putinin yay tətilinə çıxıb-çıxmayacağı hələlik məlum deyil”.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, 2023-cü ilin dekabrında, seçki kampaniyasından əvvəl prezidentin mətbuat katibi deyib ki, Putinin planlarına yay tətilinə çıxmaq daxil deyil.