ŞOU BİZNES / BANNER

Məşhur müğənnidən ŞOK İDDİA: Alfons sevgilimi başqası ilə tutduğum üçün onu öldürdüm

post-img

Müğənni Mənzurə Musayeva söylədiyi ifadəyə görə gündəmə gəlib.

Paytaxt.org Mövqe.az-a istinadən xəbər verir ki, müğənni bir müddət öncə açıqlamasında “Mən adam öldürmüşəm. Alfons sevgilimi başqası ilə tutduğum üçün onu öldürdüm” - deyən müğənni sonradan bunu inkar edib.

Mövqe.az ilə fikirlərini bölüşən sənətçi bu hadisənin rəfiqəsinin başına gəldiyini söyləyib:

“Düzü, bu fikri mən elə-belə dedim. Bilmədim ki, belə qalmaqala səbəb ola bilər”.

“Siz adam öldürdüyünüzü deyirsiniz, sonra da bunun qalmaqala səbəb olmasından gileylənirsiniz?” sualına müğənni belə cavab verib:

 “Yox, bu sadəcə mənim rəfiqəmin başına gəlib. Həmin kəs onu cipə, pula, mal-dövlətə satdı” - deyən müğənni, daha əvvəl “mən onu içimdə öldürmüşəm. Yəni, mənəvi cəhətdən öldürmüşəm” - deyə açıqlama vermişdi.

Oxşar xəbərlər