Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan şair Məmməd İsmayıl əməliyyat olunub.
Bunu Qaynarinfo-ya açıqlamasında Məmməd İsmayılın qızı İntizar İsmayıl atasının səhhətindən danışarkən deyib.
İntizar İsmayıl atasının hazırda xəstəxanada olduğunu vurğulayıb:
"Müalicə hələ davam edir, amma atam hələ yeriyə bilmir. Eyni vaxtda iki əməliyyat edilib. Əməliyyatdan sonra sidik kanalı bərpa olunub, amma ayağı elə əvvəlki kimidir. Belində böyük qrijası var, o çıxarılmalıdır. Həkimlər bu əməliyyatı etməyə qorxur. Əməliyyat hardasa 8 saat davam edir. Deyirlər bu əməliyyat olunsa, həyatını itirə bilər".
İntizar İsmayıl Məmməd İsmayılın dostlarının ona tez-tez baş çəkdiyini vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə şair Məmməd İsmayılın vəziyyəti pisləşib. 85 yaşlı şairin müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Bahar Rüstəmli