Homepage / SUMQAYIT ŞƏHƏR 47 SAYLI BAĞÇADA ANALOQU OLMAYAN ƏMƏLLƏR – Özgənin əmlakı ilə özünə dost tutan beləsinə nə deyilir görən?

SUMQAYIT ŞƏHƏR 47 SAYLI BAĞÇADA ANALOQU OLMAYAN ƏMƏLLƏR – Özgənin əmlakı ilə özünə dost tutan beləsinə nə deyilir görən?

Artıq bir neçə müddətdir ki, Sumqayıt 47 saylı baxça ilə bağlı şikayətlər səngimir. Etibarlı mənbədən əldə etdiyimiz faktlara əsasən 47 saylı baxça rəhbəri Kərimli Aytən Yaşar qızı dövlətin körpələrə və baxça kollektivinə ayırdığı qida və geyim ləvazimatların satışın həyata keçirib. Aldığımız məlumatda hətta deyilir ki, məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbəri İlhamə Abdullayevanın və müavini Aydın müəllimin qəbulunda olan baxça işçiləri haqlı etirazların bildirib. Lakin məsələ həllin tapmaq əvəzinə intriqanın böyüməsi və şikayətə gedən şəxslərin uzaqlaşdırılması ilə nəticələnib.

Bu direktorla bağlı hələ 2022-ci ildən başlayan narazılıq səngimək bilməyib. Beləki valideyn və müəllim heyəti ilə heç cür dil tapa bilməməsi Aytən Kərimlinin bir idarəçi kimi formalaşmamasından və ya onun bu sahədə başarısız olduğundan xəbər verir. Bacısı AYnur Şirinovadan istifadə edərək vəzifə sahibi olduqdan sonra artıq ayağının altın görmədiyindən RTİ-nin rəhbərinin adındanda istifadə etmək cürətini özündə tapıb. Əslində məsələnin bu yerlərə gəlib çıxmasında RTİ-nin məsul işçilərinində qəbahəti yoxdur. Axı əvvələr bu şəxslərin baxçalara müdir təyin edilməsi İcra HAkimiyyəti tərəfindən həyata keçirilirdi. Odur ki, bu gün bunların yoxlanması çıxarılması yenisi ilə əvəz edilməsi yenicə RTİ-nin tabeliyinə verilib. Bu gün baş verənlərə reaksiya verilmədikdə RTİ-ni hər hansı himayədarlqıda və ya qanun pozuntularına göz yumaqda ittiham etmək olar.

Məlumatda qeyd edilir ki, Mehdiyeva Kəmalə Qala qızı bir müddət əvvəl rəhbəri ilə bağlı baş idarəyə şikayət edib. AYTƏN Kərimlinin qanuna zidd əməllərindən danışıb. Baxçanın işçilərinə uniformaların 20 azn dəyərində, Valideynlərə isə çarpayı üzlüyü 15 azn, dəsmal isə 5 azn olmaqla valideynlərə satılıb. Bu azmış kimi körpələrə verilməli olan qida rasionununda normativlərə uyğun verilməməsinə görə narazılıq yaranıb. Əslində bütün burda qeyd etdiyimiz Regional Təhsil İdarəsinin rəhbərliyinədə qəbul zamanı bildirilib. Aprdığımız araşdırma zamanı baxçada daha nələrlə bağlı məlumatlara rastladığımızı yazsaydıq nə sizin hövsələniz çatardı oxumaya nədə rəhbər şəxslərin. Odur ki, qısa məlumatlarla qısaldılmış formada məsələni hissə-hissə sizlərə çatırmağa çalışacağıq. Çox qəribədir ki, bununla artıq ikinci hadisədir ki, RTİ-nin müavini AYdın müəllimə bildirilən məsələ öz həlindən çox şikayət edən tərəflərin zərər görməsi ilə yekunlaşır. Qeyd edək ki, əvvələr Təhsil Nazirliyinin Daxili Nəzarət idarəsinin əməkdaşı olan Aydın müəllim indi tutduğu mövqeydən birmənalı qarşılanmamaqdadır. Xırdalan 9 nömrəli məktəbdə baş vermiş özbaşınalıqların ört basdır edilməsində Zərifə adlı əməkdaşa əmrlərində onun tərəfindən verldiyi iddia edilir. Lakin İlhamə Abdullayevanın rəhbər olduğu idarənin əməkdaşlarından bunu gözləməsəkdə aparılan işlərin nəticəsidə edilən ittihamları təsdiq edir. Məsələn Kəmalə Cəfərovanın Nigar Səlimxanovanın kimi müəllim və vəzifəli şəxs olanların Zərifə tərəfindən yüksək səviyyədə müdafiə edilməsi kimi əməllər. Dahasıda Masazır 5 nömrəli məktəbdə aşkar edilmiş və həmin zamanda Monitorinq qruöunda olan Zərifə xanımın gördüyü neqativ hallara səsiz qalmasıda məlum faktlardandır. Baş verənlərlə bağlı tam təfərüatlı rəhbərliyə məlumat verilib.

Mehdiyeva Kəmalə Qala qızı səhhətində yaranmış problemlə bağlı poliklinikaya müraciət edərək bülletene çıxmaq isteyib. Amma sən saydığını say gör fələk nə sayır atalar misalı yerinə düşüb. K.Mehdiyeva xəstə olsada ona xəstəlik vərəqəsin açılmqsı təmin edilməyib. Səbəb isə ortadadı. Redaksiyqmıza təqdim edilən səs yszlarında yuxarıda qeyd edilən bütün nüanslar öz əksin tapır. Bağça müdiri Poliklinikanın baş həkiminə mesaj yazaraq “Mehdiyevq Kəmalə Qala qızına vərəqə açılmamasın mütləq tənbeh edib. ” hazırda əməliyyat edilmiş ağır xəstəlik keçirən xanım Mehdiyeva müdiri tərəfindən işi əsasıs buraxdığına görə, Əmək Məcəlləsinin 70ç bəndi ilə işdən azad edilib.

Aparılan araşdırmamızda göstərir ki, Aytən Kərimli ona verilmiş səlahiyyətdən sui-istifadə edərək əməkçisinin müalicə olunmaq hüququnu blok etdirməklə onu məcburi əmək qaydaların pozmasına vadar edib. Bu isə qanunla bir rəhbərin atdığı addımda qanunları kobud pozması və insan hüququna açıq təcavüz etməsindən xəbər verir. Bütün bu qeyd edilənlər ittiham edilən faktlarla bağlı vatsapp yazışması və səs yazıları video çəkilişləri əlimizdə mövcudur.
Aytən Kərimlinin əməllərindən xəbərdar edilmiş rəhbərlik güman edirik ki, hüququ kobud şəkildə pozulmuş əməkdaşın hüquqlarının bərpa edilməsində hüquqi və insani yardımlarını əsirgəməyəcək. Bizi izləməyi unutmayın.(Bakunews)
 Ardı GƏLƏN YAZIMIZDA.
8-06-2024, 13:18
Go back