Homepage / Binəqədi bələdiyyəsində 16 sot torpağı və 58 min manat pulu mənimsənilən vətəndaş Mehriban Əliyevaya MÜRACİƏT ETDİ - "Ümüdüm tək Sizədir..."

Binəqədi bələdiyyəsində 16 sot torpağı və 58 min manat pulu mənimsənilən vətəndaş Mehriban Əliyevaya MÜRACİƏT ETDİ - "Ümüdüm tək Sizədir..."

Binəqədi rayon sakini Soltanov Anar Fikrət oğlu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya şikayət məktubu ilə müraciət edib. Paytaxt.org-a da təqdim edilmiş şikayət məktubunu oxuculara təqdim edirik:

Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti xanım Mehriban Əliyevaya

ŞİKAYƏT MƏKTUBU

Hörmətli Mehriban xanım,


Mən Soltanov Anar Fikrət oğlu 15.12.1982-ci ildə Cəlilabad rayonunda anadan olmuşam. Hazırda Bakıda Binəqədi rayonu DSK yolu, mədən 1 ünvanında yaşayıram. Cari ilin əvvəli mərhum atama məxsus olan 1600 kv torpaq sahəsini satmaq qərarına gəldim. Binəqədi Qəsəbə Bələdiyyəsinə yaxınlaşıb arxiv arayışımı yoxlatdırmaq istədim. Məni bələdiyyənin hüquqşunası Natiq Kazımova yönləndirdilər. Natiq Kazımov sənədimi alaraq məndən yoxlanılması üçün 2 gün vaxt istədi. 2 gün sonra yaxınlaşdıqda bələdiyyəni su basması nəticəsində arxivin olmadığını və bu sənədlərlə heç bir hüquqi nəticə əldə edə bilməyəcəyimi, mənə başqa cür kömək edə biləcəyini söylədi. Həmin sənədlərin yerinə öz adıma sənəd verə biləcəyini razılaşdığım halda bələdiyyənin sədri xanım Nəsibova Mətanətin qəbuluna girməyimizi təklif etdi. Birlikdə sədr Mətanət xanımın qəbuluna girdik. Mətanət xanım sənədləri verə biləcəyini və qeyri şeyləri Natiq müəllimlə həll etməyimizi söylədi. Bu münvalla Natiq Kazımov məndən hissə-hissə olmaqla 58000 azn pulumu mənimsədi və əvəzində adıma 1000 kv bir, 600 kv başqa bir sənət tərtib edib mənə verdilər. Sonda Natiq Kazımov sənədlərin arxivə qoyulması üçün Mətanət xanımın 10000 azn tələb etdiyini söylədi. Mən də öz növbəmdə Natiq Kazımovdan torpağı satıb sonra həmin pulu verə biləcəyimi xahiş edərək vaxt istədim. Natiq müəllim Mətanət xanımın razı olmadığını söylədi.

Bir söhbətimizdən bir neçə gün keçmişdi ki, mənə Binəqədi rayonu Polis idarəsindən zəng gəldi. Mayor Bəşirov Elvin haqqımda şikayət olduğunu, idarəyə yaxınlaşmağımı tələb etdi. İdarəyə yaxınlaşdım, məlum oldu ki, İlyasova Dilarə adlı şəxs onun torpağını zəbt etdiyim barədə məndən şikayət edib. Hansıki, həmin torpaq mənim atama məxsusdur. Yəni Bələdiyyənin sədri Nəsibova Mətanət yeni sənəd tərtib edərək mənim atama məxsus olan və mənim adıma rəsmiləşdirilmiş sənədi dəyişərək İlyasova Dilarəyə satıb. Binəqədi rayon Polis idarəsinin təhqiqat şöbəsinin rəisi adını bilmədiyim polkovnik leytinant otağında mənə hədə-qorxu gələrək torpaqdan əl çəkməyimi, əlçəkməzsəm başıma oyun açacağımı söylədi.

Polis İdarəsindən çıxıb Natiq Kazımovun yanına getdim. Başıma açdığı oyunun nə olduğunu, ona verdiyim atamın adına olan sənədləri və 58000 azn pulumu geri tələb etdikdə mənə öz vəzifəli yaxınlarıyla hədə-qorxu gələrək “get əlindən nə gəlir, et” dedi. (Vurğulayım ki, Natiq Kazımovun qardaşı Tahir Kazımov Ali Məhkəmədə hakim vəzifəsində, adını bilmədiyim digər qardaşı Göygölün polis rəisi vəzifəsində və qardaşı oğlu korrupsiya idarəsində işləyir).

Mən Natiqin yanından çıxıb Binəqədi rayon prokurorluğuna, Respublika prokurorluğu yanında Korrupsiya idarəsinə şikayət məktubları yazdım. İşim Binəqədi prokrorluğunda müstəntiq Xəyal müəllimə verildi. Dəfələrlə prezident Admnistrasiyasına da getdim. Cənab Fuad Ələsgərova və cənab Prezident İlham Əliyevin adına belə məktub yazdım. Xülasə işimə baxılmır. Müstəntiq Xəyal müəllim dəfələrlə bələdiyyənin özbaşınalıqlarını, vətəndaşlara qarşı olan saxtakarlıqlarını cəzasız qoymuşdur. Sənədlərin düzəlmə prosesində Mətanət xanımın qəbulunda bir neçə dəfə olmagım, bələdiyyənin hüquqşünası Natiq Kazımovun səs yazıları və sənədlərin Esmira adlı bələdiyyə üzvünün Nihadla birlikdə komputerə işlədikləri və s. sübutlar olmasına baxmayaraq Müstəntiq Xəyal müəllim işi süründürür.

Kecən il iş adamı Nəbi müəllimi aldadaraq camaatın çıxarışlı torpağına saxta sənəd tərtib edərək onun 430000 azn pulunu mənimsəmişdilər. Bələdiyyə sədri Nəsibova Mətanət bu cinayətinə görə yenə də rüşvətlə azadlıqdadır. Binəqədinin nə qədər torpaqları varsa sədr Mətanət Nəsibova və bələdiyyənin hüquqşünası Natiq Kazımov əlbir olaraq saxta sənədlər tərtib edərək satır, vətəndaşların hüquqlarını tapdalayırlar.

Onu da qeyd edirəm ki, şikayətimə baxılmadığı üçün 165 korrupsiya qaynarxətt-nə zəng edib problemimi danışdım. Onlar da işi icraya göndərdilər. İcranın hüquqşunası məni çağırıb ərizə aldı. Onlardan da hec bir xəbər çıxmadı.

Cox hörmətli xanım Mehriban Əliyeva ola bilər ki, mənim Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Nəsibova Mətanət və bələdiyyənin hüquqşünası Natiq Kazımov qədər nüfuzum, onlar qədər arxalandığları yüksək çinli məmurlar kimi arxam yoxdur. Amma mən bir Azərbaycan Respublikasının vətəndaşı olaraq Sizə güvənirəm. Mənim arxa dayağım göydə Allah, yerdə Sizsiniz. Xahiş edirəm haqlı oldugum bu məsələnin həllində mənə köməklik edəsiniz.

İmza: Soltanov Anar Fikrət oglu.


Tarix 05.09.2024

Şəxsiyyət vəsiqəsi: AZE 17249643

Əlaqə: 051 316 52 51

Paytaxt.org
5-10-2024, 13:47
Go back