İstanbulda bir-birinin ardınca iki zəlzələ qeydə alınıb.
Paytaxt.org xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Hazırda zəlzələlərin gücü və episentri ilə bağlı rəsmi məlumatlar gözlənilir.
TRT-nin məlumatına görə, zəlzələ İstanbulda və ətraf bölgələrdə 6,2 bal gücündə hiss olunub.
Zəlzələ şəhərdə və yaxın ərazilərdə güclü şəkildə hiss olunub. Hazırda təhlükəsizlik və zərər barədə rəsmi qurumlardan məlumat gözlənilir. Güclü zəlzələlər böyük təşvişə səbəb olub.