Homepage / “Yelo Bank”ın "Elmlər" filialında filial müdiri müdiri müştəriyə “bas bayıra” deyərək döyüb çənəsini sındırdı - FOTO

“Yelo Bank”ın "Elmlər" filialında filial müdiri müdiri müştəriyə “bas bayıra” deyərək döyüb çənəsini sındırdı - FOTO

“Yelo Bank”ın filialında müdir müştərini döyüb, cənəsini sındırıb.

Paytaxt.org xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün feysbuk səhifəsində paylaşıb.

Vəkil qeyd edib ki, “Yelo Bank”ın filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:

“Müdir əvvəlcə müştəriyə “bas bayıra” deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?”- deyə vəkil qeyd edib.


Aqil Layıc həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankına sual ünvanlayaraq soruşub: “Belə şəxsin bank müdiri atestasiyası hələ qüvvədədir?”.

***

Xəbərimiz verdiyimiz kimi “Yelo Bank”ın Elmlər filialında filial müdiri müştərini döyərək çənəsini sındırıb.

Paaytaxt.org-un \ldə etdiyi məlumata görə zərərçəkmiş şəxs Təbriz Quliyev olub. Təbriz Quliyev isə insident zamanı söyüş söyülmədiyini, Vüqar Xəlilovun müştərilərlə kobud danışdığını və mübahisənin də buna görə baş verdiyini deyib.

Qeyd edək ki, insidentlə bağlı cinayət işi açılıb.

Vüqar Xəlilovun fotosunu təqdim edirik:


13-03-2025, 10:11
Go back