Türkiyənin Kocaeli vilayətində polis məmuru intihar edib.
Musavat.com xəbər verir ki, hadisə Kocaelinin Darıca rayonunda baş verib.
Kocaelidə Darıca Bələdiyyə Başçısı Muzaffer Bıyıkın ofisinə gələn polis məmuru Kərim Doğan intihar edib. Hadisə zamanı atəş nəticəsində bələdiyyə sədri də qolundan yaralanıb. Məlum olub ki, polis əməkdaşı intihardan əvvəl təxminən 5 milyon TL borcuna görə yardım istəmiş və son sözləri “Ömrünüz bərəkətli olsun, bələdiyyə başçısı” olub.
Kərim Doğan xəstəxanada vəfat edib, başçının isə müalicəsi davam edir. Hadisə ilə bağlı araşdırma aparılır.