Homepage / Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölü və YARALILAR VAR

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölü və YARALILAR VAR

Masallıda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 4 nəfər (2-si qadın cinsli, 2-si kişi cinsli olmaqla) müxtəlif travmalarla Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Paytaxt.org APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB açıqlama verib, bildirib ki, yaralıların hər birinə ilkin zəruri tibbi xidmətlər göstərilib.

Bir nəfərin müalicəsi (qadın cinsli) Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir, Cərrahiyyə şöbəsində müalicə alan şəxsin (kişi cinsli) vəziyyəti stabil qiymətləndirilir.

Bir nəfərin (kişi cinsli) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Qeyd olunub ki, vəziyyəti ağır qiymətləndirilən 1976-cı il təvəllüdlü şəxsin (qadın cinsli) isə xəstəxanaya daxil olduqdan bir neçə dəqiqə sonra ölüm faktı qeydə alınıb.


***

12:55

Masallıda ölümlə nəticələnən qəza baş verib.

Paytaxt.org APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralında Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Masallı rayonunun Ərkivan qəsəbə sakini 1990-cı il təvəllüdlü Şədulla Taleh oğlu Vəliyev idarə etdiyi "KİA Optima" markalı minik maşını "Kamaz" markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər Masallı rayonunun Ərkivan qəsəbə sakinləri 1966-cı il təvəllüdlü Sevda Abas qızı Hüseynova, 1976-cı il təvəllüdlü Aslan Allahverdi oğlu Hüseynov və 1975-ci il təvəllüdlü Şəhla Abas qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Həkimlərin səylərinə baxmayaraq Şəhla Vəliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Digər yaralıların müalicələri müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Dünən, 13:41
Go back