Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbayca gələn vətəndaşdan külli miqdarda brilyant qaş aşkar olunub.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükünə stasionar rentgen qurğusunda baxış keçirilib.
Gömrük nəzarəti zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.
Gömrük yoxlaması zamanı vətəndaşa məxsus çantanın astarının altından, ümumilikdə 547.7 karat brilyant qaş aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.