Homepage / Bu ölkədən Türkiyəyə PUA atıldı, şəhərdə partlayış baş verdi

Bu ölkədən Türkiyəyə PUA atıldı, şəhərdə partlayış baş verdi

Türkiyənin Trabzon şəhərində pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb.

Paytaxt.org xəbər verir ki, Vakfıkebir rayonunda ağaca çırpıldıqdan sonra sıradan çıxan PUA-nın Ukraynaya məxsus olduğu bildirilir.

 Partlayış meşəlik ərazidə baş verdiyi üçün hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.


Hadisə yerinə mütəxəssislər cəlb olunub. Aparatın 5 kiloqram partlayıcı maddə ilə təchiz olunduğu müəyyən edilib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma başladıb./publika

Dünən, 22:08
Go back