Türkiyədə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Paytaxt.org Türkiyə mətbuatına istinadla bildirir ki, ölkənin 29 vilayətində eyni vaxtda həyata keçirilən əməliyyatlar nəticəsində təşkilatla əlaqədə şübhəli bilinən 84 nəfər saxlanılıb.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyatlar Jandarma Baş Komandanlığının Terrorla Mübarizə İdarəsi və respublika prokurorluqlarının koordinasiyası ilə vilayət jandarma komandanlıqları tərəfindən təşkil olunub.
Saxlanılan şəxslərin İŞİD-ə üzv olduqları, sosial media hesabları vasitəsilə təşkilatın təbliğatını apardıqları müəyyən edilib.
Bundan başqa, şübhəlilərin terror təşkilatı ilə əlaqəli şəxslər və qondarma yardım təşkilatları vasitəsilə İŞİD-ə maliyyə dəstəyi göstərdikləri aşkarlanıb.Musavat.com

