IDMAN / BANNER

Abramoviç Türkiyə Superliqasında görün hansı klubu alır: Mübariz Mənsimovla təcili görüş

post-img

"Çelsi"nin keçmiş sahibi Roman Abramoviç Türkiyə Super Liqasından klub almaq istəyir.

Offsideplus.az xəbər verir ki, rusiyalı milyarder İstanbuldakı 3 klubdan birini satın almağı planlaşdırır. İstanbulda yaşayan iş adamı azərbaycanlı biznesmen və "Beşiktaş" klubun nümayəndəsi Mübariz Mənsimovla görüşərək, istədiyi üç klubun adını açıqlayıb.

Mənsimov "Fənərbağça", "Beşiktaş" və "Qalatasaray"ın İngiltərədə olduğu kimi satın alınmadığını bildirib. Satın alınması mümkün olan klublardan "Başakşehir", "İstanbulspor" və "Kasımpaşa" məsləhət görülüb.

Qeyd edək ki, Roman Abramoviç 2022-ci il mayın 26-da "Çelsi"ni ABŞ konsorsiumuna satıb.

Oxşar xəbərlər