İslandiya yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Sözügedən komandanı bundan sonra norveçli mütəxəssis Oqe Hareyde çalışdıracaq.
69 yaşlı məşqçi ilə müqavilənin müddəti açıqlanmayıb. O, bu postda ötən ay istefaya göndərilmiş Arnar Vidarssonu əvəz edib.
Hareyde vaxtilə Norveç (2003-2008) və Danimarka (2016-2020) yığmalarına da rəhbərlik edib. O, “Molde”, “Helsinqborq”, “Bröndbü”, “Rusenborq”, “Erqryute”, “Vikinq”, “Malmö”nün də ba məşqçisi olub.