IDMAN

1xBet`ə görə futbol butsları haqqında ən maraqlı hekayələr

post-img

1xBet görə futbol butsları haqqında ən maraqlı hekayələr

Qlobal bukmeker şirkəti 1xBet №1 idman növünü həmişəlik dəyişdirən idman ayaqqabısından bəhs edir.

Butsları çox vaxt futbolçunun ikinci dərisi adlandırırlar. Müqayisə poetik və kifayət qədər dəqiqdir - bu, oyunçunun iş aləti və təchizat elementidir, onsuz o, sahəyə daxil ola bilməyəcək. Dünya futbol tarixində ayaqqabının rolunu qiymətləndirməyə kömək edəcək bir neçə hekayəni diqqətinizə təqdim edirik.

Butslar necə kral ayaqqabılarına çevrildi

Futbol butslarını geyinən ilk ingilislərdən biri Kral VIII Henrix olub. Monarx idmanı sevirdi və futbol oynamaqdan həzz aldığını inkar etmirdi hansıki 16`cı əsrdə indiki oyunu çox uzaqdan xatırladırdı. Eyni şəkildə, kral butsları da müasir ayaqqabılara uzaqdan bənzədiklərini etiraf etmək lazımdır.

Onlar “sotular” kimi tanınırdılar: hər çəkmə təxminən bir kiloqram, pis havada isə iki kiloqram gəlirdi. Ancaq Henrix onları çox əzizləyirdi - axı birinci həyat yoldaşı Araqonlu Ekaterina onlar üçün 4 şillinq (bu gün təxminən 1350 dollar) ödəmişdir. Ekaterinanın özünə, eləcə də ondan sonra gələn beş həyat yoldaşına Henri daha az dəyər verirdi - onlardan ikisi onun əmri ilə edam edilmişdir.

Tikanlı və tikansız

Henrixdən sonra uzun müddət butslar adi çəkmələr idi. Əlbəttə ki, onları bir az asanlaşdırmağa çalışdılar, lakin 19`cu əsrin əvvəllərinə qədər çox əlləşmirdilər. Məhz o zaman butslarda bağlar oldu və ən əsası metal tikanlar var idi. Onların olması zədələrin sayının kəskin artmasına səbəb oldu və buna görə də İngiltərə Futbol Assosiasiyası tərəfindən 1863`cü ildə nəşr olunan futbolun ilk rəsmi qaydalarında metal tikanlı butslar qadağan edildi.

Eyni zamanda, nəyin bahasına olursa olsun qazanmaq istəyən oyunçular tərəfindən tətbiq olunan çəkmələrin ağırlığını qaldırmaq üçün müxtəlif variantları da qadağan edildi. Qaydalarda deyilirdi: “Çıxıntılı millər, metal əlavəli və ya altlığı guttaperçalı butslarda oynamaq qadağandır”. Cəmi 28 il sonra, 1891`ci ildə, tikanları zəif etdilər, lakin iki şərtlə. Tikanları dəridən hazırlanmalı və onların uzunluğu yarım düymdən çox olmamalı idi. Bu cür tiknlar dabanına mıxlanırdı və bu nizam 20`ci əsrin birinci yarısında sarsılmaz görünürdü.

Stenli Metyuz və Braziliya suvenirləri

1950`ci ildə britaniyalılar nəhayət ki, snobızmi bir kənara atdılar və İngiltərə üçün birinci, qalan dünya üçün isə dördüncü sayılan Braziliyada keçirilən futbol üzrə dünya çempionatına yığma komandasını göndərdilər. İngilislər hamını asanlıqla məğlub edəcəklərinə əmin idilər, lakin İspaniya və ABŞ komandalarına məğlub olaraq, qrupdan belə çıxa bilmədilər. Bu komandaya öz nəslinin ən yaxşı sağ cinah oyunçusu Stenli Metyus daxil idi. Braziliya millisinin meydana yüngül və rahat ayaqqabılarla çıxması, komanda yoldaşlarının çəkmələrinin müasir demi-mövsüm çəkmələrinə bənzəməsi onu heyrətləndirib. Rio-de-Janeyro ətrafında gəzən Stenli adi idman mağazasına girdi və özünə bir cüt aldı.

Metyu 35 yaşında belə butslarda daha sürətli hərəkət edəcəyinə əmin idi. Evə qayıdanda Braziliyadan gətirilmiş ayaqqabılar əsasında öz modelini yaratdı. O, yeni buts növündə oynayaraq 1956`cı ildə "Qızıl top"un ilk qalibi oldu, yeddi il sonra "İlin futbolçusu" kimi tanındı və yarım əsrlik yubileyini qeyd edərək 1965`ci ildə karyerasını başa vurdu. Britaniya futbolunun super ulduzunun ardınca digər oyunçular daha yüngül çəkmə modellərinə keçməyə başladılar - xüsusən də növbəti Dünya Kuboku yeni nəsil idman ayaqqabıları üçün ən yaxşı reklam olduğundan.

Bern möcüzəsiAdidas dünya çempionatının finalının əsas sensasiyasını necə təmin etdi

Macarıstan milli futbol komandası 4 iyun 1950`ci ildən 4 iyul 1954`cü ilə qədər ardıcıl 32 matçda məğlubiyyətdən xəbərsiz idi. Bu heyət “Qızıl Komanda” adlanırdı və bu müddət ərzində o, 1952`ci il Olimpiya Oyunlarının qalibi olmağı, yenilməz sayılan ingilisləri iki dəfə məğlub etməyi və 1954`cü il Dünya Kubokunun finalına yüksəlməyi bacardı.

Amma İsveçrənin Bern şəhərində keçirilən turnirin finalında sensasiya yaşanıb. Qrup mərhələsində macarlara 3:8 hesabı ilə uduzan və finalın 8`ci dəqiqəsində qapısından iki cavabsız top keçirən Almaniya millisi matçın gedişatını dəyişərək, 3:2 hesabı qələbə qazanmağı bacarıb. Uğurun sirlərindən biri də komandanın matça geyindiyi uzun tikanlı innovativ Adidas çəkmələri idi.

Məşhur brendin yaradıcısı Adi Dassler Qərbi Almaniya yığmasının baş məşqçisi Sepp Herbergerlə dost idi və futbolçular üçün ayaqqabı seçiminə cavabdeh idi. Xüsusilə çempionat üçün o, Argentina modelini müxtəlif uzunluqlarda dəyişdirilə bilən tikanlar hazırladı. Hava proqnozunda final zamanı yağış yağacağı və buna görə də alman komandasının oyunçuları uzun tikanlardan seçərək üstünlük əldə ediblər. Yeri gəlmişkən, sonradan hesablandı ki, hətta uzun tikanlar olsa belə, alman çəkmələri 350 qram ağırlığında idi - macarların yarısı qədər.

Maraqlıdır ki, “Bern Möcüzəsi”ndən 2 il əvvəl Adi qardaş və Puma`nın qurucusu Rudolf Dassler, dəyişdirilə bilən tikanlı Super Atom butslarını hazırladılar. Lakin Rudolf, ayaqqabılarının istifadəsi üçün Qərbi Almaniya millisinin pul ödəməsini istəyirdi və nəticədə Adolfun inkişafı yüzlərlə insana kömək etdi.

 “Pele paktı” və ilk yerli reklam

Braziliyalı futbolçu Pele ilk futbol super ulduzlarından biri oldu. Üzü jurnalların üz qabığından çıxmırdı, uşaqlara pis örnək olmaq istəmirdi, spirtli içki və siqaretdən başqa hər şeyi reklam edirdi. 1960`cı illərdə Pele Beatles və ya Odri Hepbern kimi də tanınırdı.

Təəccüblü deyil ki, aparıcı idman ayaqqabı markaları “Futbol Kralı”nın diqqəti üçün yarışırdılar. 1970`ci il Dünya Kuboku başlamazdan əvvəl Adidas və Puma hətta sonradan “Pele paktı” kimi tanınan xüsusi məxfi müqavilə bağladılar. Müqaviləyə əsasən, şirkətlərdən heç biri “Kral”ı imzalamağa çalışmalı deyildi, çünki bu, bazarda qiymətləri yüksəldəcəkdir və bütün sənayeyə mənfi təsir göstərəcəkdir.

Lakin Puma müqavilənin şərtlərini pozub və bu final oyunu başlamamışdan əvvəl bilinib . Pelenin hakimdən görüşün başlanmasını təxirə salmağı xahiş etməsini bütün dünya seyr etdi ki, oyunçu balaqlarını bağlaya bilsin. Və yaxın planlar göstərdi ki, braziliyalı həlledici oyuna Puma       butsları ilə çıxıb.

Adidas rəhbərləri qəzəbli idilər. Sonradan məlum oldu ki, əvvəllər təvazökar Stylo brendinin ayaqqabılarında çıxış edən Pele, bir anda  Puma təmsilçisi Hans Hennigsenin bütün Selesao oyunçuları ilə ünsiyyət qurmasına, amma komandanın əsas ulduzu ilə danışmamasına görə təəcübləndi. Hans Peleyə pakt haqqında danışmalı oldu və risk edərək , Peleyə Dünya Çempionatında Puma butslarında oynamaq üçün 25.000 dollar və növbəti 4 il üçün müqavilə üçün daha 100.000 dollar təklif etdi.

“Kral” razılaşdı və Hans şirkətin qərargahına heyrətamiz bir müqavilə hazırladığını bildirdi. Rudolf Dassler düşündü və razılaşdı – 1954`cü ildə Adidas`ın ədalətsiz şəkildə onun şirkətini keçdir. Böyük hücumçunun oynadığı model tezliklə bütün dünyada geyinilməyə başladı və Puma King adlandı.

 

Copa Mundial: butslar kenquru tullanışını edəndə

Adi Dasslerin şəxsən iştirak etdiyi son təkmilləşdirilmiş Copa Mundial  idi. 1982`ci il Dünya Kubokunda dünyanın bütün ən yaxşı oyunçularının onları oynayacağını nəzərə alaraq 1979`cu ildə istehsal olunmağa başladılar. Franz Bekkenbauer və Dieqo Maradona bu ayaqqabılarla meydançaya çıxdılar və balaca Zinəddin Zidan atasının pul yığıb ona bir cüt yeni Copa Mundial hədiyyə etməsini bir il gözlədi.

Bu butsların qazonda daha yaxşı oynamaq üçün artıq 6 yox, 12 tikanı var idi. Ancaq əsl inqilab kenquru dərisinin istifadəsi idi. Ayaqqabıları yumşaq və elastik çəkmələr edirdi, ayağı mükəmməl tuturdu və nəticədə ayağın formasını alırdı. Kenquruların qeyd edilməsi əla marketinq hiyləsi idi - axırda bu heyvanların tullanma qabiliyyəti yaxşı məlumdur. Təəccüblü deyil ki, Copa Mundial tarixdə ən çox satılan buts oldu və bu gün də istehsal olunur.

 

 Liverpulun keçmiş ulduzu tərəfindən hazırlanmış “Yırtıcılar

Kreyq Conston Cənubi Afrikada anadan olub və uşaq ikən ağır xəstəlik səbəbindən ayağını itirə bilərdi. Xoşbəxtlikdən əməliyyat uğurlu keçdi, Kreyq futbolçu oldu və vaxt keçərək Liverpula düşdü. Orada 5 dəfə İngiltərə çempionluğunu qazandı və Çempionlar Kubokunu qazandı, lakin sonda 28 yaşında futbolçu karyerasını başa vurdu - Avstraliyada yaşayan bacısının qayğıya ehtiyacı vardı və ailə bu insan üçün dünyada bütün titullardan daha vacib idi.

Avstraliyada Conston sörf taxtasının öz versiyasını icad etdi, lakin onun digər ixtirası bütün dünyada populyarlıq qazandı. 1994`cü ildə karyerasını başa vurduqdan 6 il sonra Kreyq anladı ki, o, dünyanın bütün oyunçularının qayğısına qalmaq istəyir. Butsların öz versiyasını hazırladı: onların tikanları oval formada idi, bu da sahə ilə daha yaxşı əlaqə yaratdı. Conston hiss edirdi ki, adi tikanlar çox tez-tez yerə ilişib, oyunçuların ayaqlarına daha çox stress qoyur və zədə riskini artırır. Digər bir xüsusiyyət topu daha yaxşı tutmaq üçün ayaqqabının yuxarı hissəsindəki rezin örtük idi.

Conston Avstraliyada bir məktəb komandasını çalışdırdı və bir dəfə oyunçulardan ayaqlarını stolüstü tennis raketi kimi düşünmələrini istədi və o cavab aldı ki, futbolçuların butsları rezin deyil, dəridir. Təcrübə yağış yağmağa başlayanda sona çatdı və Kreyq öz ideyasını sınamaq qərarına gəldi: evdə stolüstü tennis raketkasını götürdü, rezin yastığı çıxarıb ayaqqabısının ətrafına bükdü. Bundan sonra o, yaş topa vuranda anladı ki, onun ideyası dünyanı dəyişə bilər.

Ayaqqabı istehsalçılarını Kreyqin dəli avstraliyalı deyil, yenilikçi olduğuna inandırmaq qalırdı. Adidas, Puma, Nike, Reebok və Umbro tərəfindən ardıcıl olaraq rədd edildi. Conston o vaxt məşqçi olan Franz Bekkenbauerlə görüşməyi xahiş edəndə sıçrayış baş verdi. Kayzer digər alman futbol əfsanələri ilə birlikdə qarlı meydançada yeni butslarda oynayırdı və Conston bir daha Adidas top-menecerlərinə göstərdiyi videoda ulduzların reaksiyasını çəkdi. Əzmkarlıq mükafatlandırıldı: Predator modelinin satışı 1994`cü ildə başladı və bu günə qədər davam edir. Bekhem, Zidan, Cerrard və digər ulduzlar bu butsları böyük məmnuniyyətlə geyiniblər və İngiltərənin reqbi kapitanı Conni Uilkinson onlarla Avstraliya ilə Dünya Kubokunun finalında həlledici qolu belə vurub.

 

Ronaldo və Nike Mercurialhətta məğlubiyyət də qələbəyə çevrildikdə

1990`cı illərin ikinci yarısında braziliyalı hücumçu Ronaldo rəqib komandaların müdafiəçilərini dəhşətə gətirirdi. Fenomeni dayandırmağın praktiki olaraq heç bir qanuni yolu yox idi - müdafiəçilər fol və ya dua etməli idilər.

1998`ci ildə Fransada keçirilən dünya çempionatında Braziliya sözsüz favorit idi. Ronaldo turniri müstəsna dərəcədə yüksək səviyyədə keçirdi, lakin finalda zəif görünürdü: oyun günü xəstələndi, ona görə də meydanda görünməsi möcüzə idi. Ancaq məğlubiyyətdən sonra belə, braziliyalının gümüş finalçı medalı və boynunda bir cüt yeni Nike Mercurial ilə fotoşəkili bütün dünyaya səpələnmişdi. Çəkmələrin adı, oyunçunun meydanda civədən daha sürətli hərəkət etdiyinə işarə etdi. Bu modelin istehsalında sintetik materiallardan istifadə edilmişdir ki, bu da onları inanılmaz dərəcədə yüngülləşdirdi - cütün ümumi çəkisi 400 q çox deyildi.

 

 

 

Sonradan deyəcəklər ki, millinin məşqçiləri futbolçunu Nike`nin təzyiqi ilə buraxıblar, amma bu, həqiqətə çox da yaxın deyil - 6 oyuna 4 qol vuran futbolçunu ehtiyat oyunçular skamyasında qoyub getməyə hansı məşqçi cürət edib? Hər halda, dörd il sonra Ronaldo tənqidçilərə heç bir şans buraxmadı - Yaponiya və Koreyada keçirilən Dünya Kubokunda Mercurial Vapors butslarında oynadı, çempion oldu və turnirdə 8 qol vurdu.

Nəticə əvəzinə

21-ci əsrdə çəkmə istehsalı sənayesinin inkişafı yeni səviyyəyə çatdı - bu həm texnologiyaya, həm də dizayna aiddir. Oyunçuların zövqləri isə sürətlə dəyişir - təkrar emal olunmuş plastikdən hazırlanmış çəhrayı və yaşıl çəkmələr artıq ekzotik sayılmır. Kristiano Ronaldo qara çəkmələrin vaxtının bitdiyinə inanır və hətta ləng görünürlər. Amma futbol hakimləri hələ də meydana yalnız qara butslarla girirlər.

İdman ayaqqabılarına gəlincə, düzgün və ya yanlış yanaşma yoxdur. Məşhur ingilis müdafiəçisi Rio Ferdinand bir dəfə 2494 çəkməni qiymətli daşlarla həkk etmək qərarına gəlib və sonra onları xeyriyyə hərracında 250 min dollara satıb. Ancaq çəkmələrdən fərqli istifadə edə bilərsiniz.

Məsələn, onların içində sadəcə futbol oynayın - 1xBet` 

 

 

Oxşar xəbərlər