IDMAN

SON DƏQİQƏ: Azərbaycan millisinin 5 futbolçusu hərbi xidmətə aparıldı - ADLAR

post-img

Bu ay Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək 19 yaşlılardan ibarət milli gözlənilməz vəziyyətlə üzləşib.

Yığmanın birdən-birə 5 futbolçusu həqiqi hərbi xidmətə çağırılıb.

Bunlar Lətif Rzayev, İbrahim Ağayarov, Hacıəli Şirəliyev, Samir Ağayev və Murad Musayevdir.

Əsgərlik müddəti çatan oyunçular U-19-un tərkibində Lüksemburqa yollana bilməyəcək.

AFFA möhlət hüququndan yararlanmaq istəsə də, heç nəyə nail ola bilməyib və beləcə, baş məşqçi Aqil Nəbiyev çox çətin durumda qalıb.

Oxşar xəbərlər