Fatih Terimin Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu ilə anlaşdığı bildirilir. Məlumata görə, tərəflər 3 illik müqavilə barədə razılığa gəlib. Terimin illik 20 milyon avro məvacib alacağı bildirilib.
Qeyd edək ki, transfer dövründə "Əl-Əhli" rəhbərliyi Edouard Mendi, Riyad Mahrez, Allan Saint-Maximin, Frank Kessie, Roger İbanez, Merih Demiral və Qabri transferi üçün təxminən 200 milyon avro xərcləyib.