IDMAN

Futbol tarixinə keçəcək həmlə: Belə hadisə görülməyib

post-img

Baş məşqçi Maurisio Poçettinonun yerinə yeni baş məşqçi axtarışında olan PSJ klubu barədə inanılmaz iddia ortaya atılıb.

Metbuat.az “Times” qəzetinə istinadən xəbər verir ki, PSJ rəhbərliyi 2020-2021-ci mövsümundə “Lill” klubunu Fransa çempionu edən Kristof Qalteni məşqçi postuna gətirmək istəyir. İddialara görə, PSJ rəhbərliyi Qaltenin işlədiyi “Nitsa” klubuna təklif irəli sürüb. Bildirilir ki, PSJ “Nitsa” klubuna pulla yanaşı oyunçu təklif edib. Əgər “Nitsa” təklifi qəbul edərsə bu, futbol tarixində bir ilk olacaq. İlk dəfə məşqçinin transferində futbolçudan istifadə ediləcək.

Qeyd edək ki, PSJ rəhbərliyinin Zinəddin Zidanla da danışıqlar apardığı və Zidanın təklifə müsbət yanaşdığı deyilir.

Oxşar xəbərlər