Homepage / Müdir işdən çıxarıldı, 20 nəfərin işə qəbul əmrini verdi – Quba-Xaçmaz Regional Təhsil İdarəsində ŞOK QALMAQAL/SİYAHI

Müdir işdən çıxarıldı, 20 nəfərin işə qəbul əmrini verdi – Quba-Xaçmaz Regional Təhsil İdarəsində ŞOK QALMAQAL/SİYAHI

Xaçmaz şəhər 4 saylı tam orta məktəbinin 9-cu sinif şagirdini döydüyü üçün işdən azad edilən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev işdən azad edildikdən sonra 20-dən çox şəxs barəsində,onların müxtəlif təhsil müəssisələrinə rəhbər vəzifələrə təyin edilməsi üçün əmr verib.Maraqlısı budur ki,Rüfət Haciyev bu əmrləri məs özün işdən azad edildikdən sonra imzalayıb.


Paytaxt.org  həmin təyinatları təqdim edir:

Qeyd edək ki, Rüfət Hacıyev 28-noyabr tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsindən azad edilib.O,Xaçmaz şəhər 4 saylı tam orta məktəbinin 9-cu sinif şagirdini, Mirzəyev Nizam Ramiz oğlunu döymüşdü.

Bu ilin mart ayında isə Quba Rayon Prokurorluğunda barəsində  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı.

Bir müddət öncə isə iclasa mobil telefonla gəldiyi üçün ona Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən irad tutulmuşdu. İradla razılaşmayan Rüfət Hacıyev icra başçısı tərəfindən iclasdan qovulmuşdu.

Cəlal Fərzəluyev

Azia.az

8-02-2025, 16:24
Go back