Homepage / Məktəb direktoru Arzu Əliyeva Salyan Peşə Liseyinə rəhbər gətirilir - İlqar Bayramlıdan "pərdəarxası" razılaşma

Məktəb direktoru Arzu Əliyeva Salyan Peşə Liseyinə rəhbər gətirilir - İlqar Bayramlıdan "pərdəarxası" razılaşma

Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni rəhbər təyin olunan İlqar Bayramlıdan ictimaiyyətin gözləntiləri kifayət qədər böyük idi. Şəffaflıq, köklü kadr islahatları və real inkişaf vədləri fonunda baş verən son proseslər isə tamamilə fərqli mənzərə yaradır.  Amma, görünən odur ki, İlqar Bayramlı Ceyhun müəllimin "atasına rəhmət oxutduracaq" ... 

Paytaxt.org Tehsilmedia.info-a istinadla bildirir ki, əldə etdiyimiz məlumatlara görə, kadr siyasətindəki növbəti anlaşılmaz addım Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyi ilə bağlıdır.

 İddialara görə, Salyan rayonu Çadırlı kənd məktəbinin direktoru Arzu Əliyeva bu liseyə rəhbər gətirilir. Maraqlısı budur ki, rəsmi əmr hələ ortada olmasa da, namizəd artıq hər yerdə bir neçə günə təyinatının reallaşacağını iddialı şəkildə bəyan edir.
Bu vəziyyət Agentlik rəhbərliyi qarşısında bir sıra cavabsız suallar qoyur:
Peşə təhsili kimi spesifik və mürəkkəb bir sahəyə rəhbər seçilərkən kənd məktəbi direktorluğu təcrübəsi nə dərəcədə kifayətdir?


Namizədin əvvəlki iş yerindəki hansı "parlaq nailiyyəti" onun məhz bu strateji müəssisəyə gətirilməsinə zəmin yaradıb?


Əgər əmr verilməyibsə, bir məktəb direktorunun bu qədər əminliklə peşə liseyinə rəhbər keçəcəyini elan etməsi hansı "pərdəarxası" razılaşmaların nəticəsidir?

Görünən odur ki, kadr siyasətində kənd məktəbindən liseyə uzanan bu "anonim" və məntiqsiz keçidlərin səbəbini anlamaq çətindir. İslahat adı altında aparılan bu müəmmalı kadr oyunları peşə təhsili sisteminə olan etimadı sarsıdır.
Qeyd etmək istərdik ki, əldə etdiyimiz məlumata görə sahəsi üzrə nəticələri, demək olar ki, yoxdur, amma sosial şəbəkələrdə blogger kimi yaxşı fəaliyyət göstərir. Təəssüf ki, bizə blogger yox, uğur və sahə üzrə mütəxəssis lazımdır.

Paytaxt.org

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi Emin Amrullayev Abşeron - Xızı Regional Təhsil İdarəsi Lənkəran - Astara Regional Təhsil İdarəsi Dağlıq Şirvan Regional Təhsil İdarəsi Mil - Muğan Regional Təhsil İdarəsi Şirvan-Salyan Regional Təhsil İdarəsi Şəki-Zaqatala Regional Təhsil İdarəsi Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Azərbaycan Respublikasının Təhsil İnstitutu Peşə Təhsili üzrə Dövlət Agentliyi
29-04-2026, 10:25
Go back