TRİBUNA / BANNER

Vətəndaş mütəşəkkil kriminal dəstə tərəfindən hədələnir-POÇTA

post-img

Xatırlayırsınızsa, 350.000 manat dəyərində dələduzluq hərəkəti ilə üzləşən Azərbaycan Respublikasının vətəndaşı Əliyev Kənan Maarif oğlu sosial media vasitəsi ilə Daxili Işlər Naziri Vilayət Eyvazova müraciət edərək çarəsiz vəziyyətdə olduğunu, ona DIN rəhbərindən köməklik göstərilməsini xahiş etmişdi.

Vətəndaş eyni zamanda ərazi üzrə Bakı şəhər Binəqədi Rayon Polis Idarəsinə şikayət ərizəsi ilə müraciət edərək, ona qarşı vətəndaş Nailə Xanməmmədova tərəfindən dələduzluq hərəkəti edilməsi barədə şikayət ərizəsi vermişdir. Insafən polis əməkdaşları dərhal reaksiya verərək, K.Əliyevi 5-ci Polis Bölməsinə dəvət edərək, ondan izahat alındı. Iş PB-nın Amin adlı tədqiqatçısı tərəfindən araşdırılmağa başladıqdan bir neçə gün sonra nə baş verdisə, material PI-nin ITŞ-nə aparılaraq Ruhid adlı tədqiqatçı tərəfindən davam etdirildi. Ancaq çox təəssüflər olsun ki, iş üzrə kimdən şikayət olunubsa, həmin şəxs nə polisə gətirilir, nə də məsələyə bir hüquqi qiymət verilməsi üçün gərəkən tədbirlər görülməsini görmürük. Misal üçün Nailə Xanməmmədova dəfələrlə polis əməkdaşlarının qanuni və rəsmi dəvətlərinə məhəl qoymayaraq, çağırışlardan qeyri-səmimilik göstərməklə, açıq şəkildə hörmətsizlik etməklə yayındığı halda iş tədqiqata götürüldüyü 10 gün müddət ərzində ona qarşı axtarışın verilməməsi və s.çox yumşaq və mülayim mövqe nümayiş olunması haqlı olaraq həm vətəndaşda, həm də biz də şübhəli və müəmmalı düşüncələrin “dövriyyəsi”nə vüsət vermiş olur.


Inanmırıq ki, vətəndaşın səxsən Cənab Nazirə müraciətinin ardınca Binəqədi RPI-nin əməkdaşları hər hansı qeyri-obyektiv yanaşma sərgiləsinlər və düşüncələrimizdə olan qanundan kənar razılaşmaya gəlsinlər. Ancaq yenə də bu yöndə düşüncələrin meydana çıxması üçün əsaslarımızın olması reallığı da mövcuddur..


Bunu bir kənara qoyaq, qayıdaq sərlövhədə əksolunan yazının başlığına. Belə ki, polisin çağırışlarından yayınan qarşı tərəf şikayətçiyə təzyiq etməklə məsələnin həlli yolu olmasını düşünərək, onun mobil telefonuna zənglər etdirərək, onu RF-də olan kriminal banda(mütəşəkkil dəstə-red) tərəfindən cəzalandıracaqlarını deməkdən belə, çəkinməmələri onların cəzasızlıq mühitində özlərini hiss etmələri ilə də əlaqədar ola bilər. Vətəndaş Kənan Əliyev ona hədə-qorxu gəlinməsi ilə əlaqədar video müraciət yayınlamışdır. Həmin video müraciəti də aşağıda veririk.


Mövzuya qayıdacağıq..

Elnur Vaqifoğlu

 



00:00

01:18






Oxşar xəbərlər